Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb

Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları məbləğində investisiya yatırıb


Azərtac "KAZİNFORM"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov deyib.

Qazaxıstan Parlamenti "Qazaxıstan və Azərbaycan arasında vergi sahəsində əməkdaşlığın genişlənməsi haqqında" qanun layihəsini təsdiqləyib. Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, ikiqat vergitutmanın ləğvini nəzərdə tutan sənəd, ilk növbədə, iki ölkə arasında vergi xidmətlərinin informasiya mübadiləsini genişləndirmək yolu ilə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək. Həmçinin vergi öhdəliyindən yayınma və konvensiyanın müddəalarının sui-istifadəsi halları aşkar edildikdə qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Nazir deyib ki, bu sənəd iki dövlət arasında vergitutma məsələlərində qanunverici baza olacaq.

"Azərbaycan ilə qarşılıqlı ticarət haqqında statistik məlumatların üzərində dayanmaq məqsədəuyğundur. Belə ki, son 10 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycan Qazaxıstana 168 milyon ABŞ dolları, Qazaxıstan Azərbaycana 20 milyon dollar məbləğində investisiya yatırıb. Qazaxıstanın əsas ixracı taxıl, xam neft məhsulları, dəmir borulardır. İdxalın strukturunda isə şəkər və fındıq üstünlük təşkil edir", – deyə qazaxıstanlı nazir qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar