Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan QHT-ləri AŞPA prezidentinə müraciət ünvanlayıb


Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından APA-ya verilən məlumata görə, müraciəti imzalayan QHT rəhbərləri Avropada fəaliyyət göstərən bəzi QHT-lərin yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərindən və konkret fəaliyyətlərindən narahat olduqlarını bildiriblər.
 
Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasının  vətəndaş cəmiyyəti təmsilçiləri olaraq AŞPA yanvar sessiyası ərəfəsində sizlərə müraciət etmək qərarına gəldik. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüququ sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altında müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcək.
 
Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcədə digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir. Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi Qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞPA yanvar sessiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox kolleqalarımızın ümumiyyətlə mətn barədə məlumatı olmayıb.
 
Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qərəzli münasibətlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcək. Biz Azərbaycanın Avropa təsisatları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxalq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.
 
Azərbaycan Respublikasının ərazilərinin 20 %-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvələr ölkənin beynəlxalq təsisatlarda mövqeyini zəiflətmək xətti götürüb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirki kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan-Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkrli fəaliyyəti hesab edirik”, - deyə müraciətdə bildirilir.
 
Qeyd edək ki, müraciəti 96 QHT rəhbəri imzalayıb. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar