Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun hərbi geyim qaydalarında dəyişikliklər edilir


Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir.


Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub. Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur.

Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb. Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları”nda dəyişikliklər edilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar