Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Minsk Qrupundan çıxsa nə baş verər? - Ekspert rəyi


Bu halda dondurulmuş Qarabağ münaqişəsi ölü nöqtədən çıxa bilərmi?


Şahin Cəfərli: “Həmsədr ölkələr – hansı ki, bunlar Moskva, Paris və Vaşinqton kimi önəmli güc mərkəzlərini təmsil edir – bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlarımıza etinasız yanaşırlar”

Azərbaycanın ATƏT-in Minsk Qrupunu tərk etməsi ölkəmiz üçün çox ciddi mənfi nəticələrə səbəb ola bilər”

Bu sözləri Minsk Qrupunun həmsədrlərinin son zamanda nümayiş etdirdikləri mövqelərini PİA.AZ-a şərh edərkən politoloq Şahin Cəfərli deyib.

Uzun illərdir ki, fəaliyyətdə olan Minsk Qrupunun, xüsusilədə həmsədr dövlətlərin beynəlxalq hüququ və Azərbaycanın suveren hüquqlarının nəzərz almaması ucbatından Qarabağ münaqişəsi öz ədalətli həllini tapa bilmir. Hazırkı vəziyyətdə isə, Minsk Qrupunun həmsədrlərinin mövqeləri ümumiyyətlə anlaşılmazdır və həmsədr ölklərin təmsilçiləri açıq-aydın ermənipərəst mövqe sərgiləməkdən çəkinmirlər. Bu durumda Azərbaycan Minsk Qrupundan çıxsa, hadisələr necə inkişaf edə bilər və Azərbaycanın bu addımı dondurulmuş Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi?




Şahin Cəfərli: “Rusiya Ermənistana açıq hərbi dəstək verəcək və Qərb dövlətləri də buna göz yumacaq”


PİA.AZ-ın əməkdaşı bu mövzu ilə bağlı politoloq Şahin Cəfərliyə müraciət edib. Şahin Cəfərlinin fikrincə, nə qədər çətin olsa da, biz sülh danışıqlarını davam etdirməli, ABŞAvropa Birliyi çevrələrində mövqeyimizin ən azı anlayışla qarşılanmasına, maraqlarımızın nəzərə alınmasına nail olmalıyıq:

Azərbaycanın ATƏT-in Minsk Qrupunu tərk etməsi ölkəmiz üçün çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Belə bir addım Azərbaycanın danışıqlar masasını tərk etməsi və militarist yol seçməsi mənasına gələcək. Onsuz da istər Minsk Qrupunun həmsədrliyi daxilində, istərsə də ümumən beynəlxalq səviyyədə Azərbaycan siyasi-diplomatik baxımdan əlverişli nöqtədə deyil. Yəni, həmsədr ölkələr – hansı ki, bunlar Moskva, Paris və Vaşinqton kimi önəmli güc mərkəzlərini təmsil edir – bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlarımıza etinasız yanaşır. Üstəlik, həmsədr ölkələrdən biri olan Rusiya Ermənistanla hərbi-siyasi müttəfiqdir və iki ölkə eyni iqtisadi məkana daxildir. Minsk Qrupunu tərk etmək kimi radikal demarş siyasi-diplomatik üstünlüyün tamamilə Ermənistana keçməsinə, işğalçının həm də sülhsevər imicinin yaranması və möhkəmlənməsinə gətirib çıxarar ki, bu, erməni tərəfinin ən çox arzuladığı durumdur. 

Tutaq ki, danışıqlardan çıxdıq və müharibə başladı. Belə bir durumda Azərbaycanın qələbə şansı varmı? Rusiya Ermənistana açıq hərbi dəstək verəcək və Qərb dövlətləri də buna göz yumacaq. Müharibə yolunu seçmiş tərəfi heç kim dəstəkləməyəcək. Ona görə də, Azərbaycanın Minsk Qrupunu tərk etməsi yönündə populist-emosional çağırışların ziyanlı olduğunu düşünürəm. Nə qədər çətin olsa da, biz sülh danışıqlarını davam etdirməli, ABŞAvropa Birliyi çevrələrində mövqeyimizin ən azı anlayışla qarşılanmasına, maraqlarımızın nəzərə alınmasına nail olmalıyıq. Qərbdə siyasi dəstək qazanmağın yolu isə demokratik islahatlardan, ölkəmizin imicinin yaxşılaşdırılmasından keçir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar