Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanıb


Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində (OECD/DAC) qonaq statusu əldə edib


Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq.

Bu barəəd Trend-ə XİN-dən məlumat verilib.

Dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət göstərən və ənənəvi donor ölkələrini bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, 1961-ci ildən Parisdə fəaliyyət göstərən, 35 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır. İnkişafa Yardım üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli töhfə verən digər ölkələr də təmsil olunur. Hazırda OECD/DAC iclaslarında qonaq statusunda təmsil olunan ölkələr sırasına Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan və Cənubi Afrika Respublikası daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar