Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ermənistana snayper silahı satan şirkətləri məhkəməyə verəcək


Azərbaycan Ermənistana snayper silahları satan şirkətlərə qarşı məhkəmə iddiası qaldırmağı düşünür


APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Ermənistana snayper silahı satılmasında adı hallanan Böyük Britaniyanın “Accuracy International” və Fransanın “PGM Precision” şirkətlərinə qarşı həmin ölkələrin qanunları əsasında məhkəmə iddiası qaldırmaq məsələsini nəzərdən keçirir.

 Məhkəmədə iddia qaldırmaq üçün xüsusi hüquqi şirkətə müraciət olunacaq.

Məlumatda o da bildirilir ki, Ermənistana satılan silahlar Böyük Britaniyanın “Accuracy International” və Fransanın “PGM Precision” şirkətləri tərəfindən istehsal olunsa da, satışı Fransa ərazisində fəaliyyət göstərmiş başqa şirkət həyata keçirib. Hazırda o şirkətin bağlandığı deyilir. Şirkətin adı və nə qədər silah satması barədə dəqiq məlumat yoxdur. Bu barədə məlumatların məhkəmə tərəfindən araşdırılması planlaşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare.338 LM” snayper tüfənglərdən istifadə etməsini əks etdirən məlumat və görüntülər yer alıb.

ATƏT-in qərarına uyğun olaraq, Fransa və Böyük Britaniya ErmənistanAzərbaycana silah embarqosu tətbiq edir və bu embarqo qərarı ölkə qanunvericiliyində də təsbit olunub.

Qanunverciliyə əsasən, bu ölkələrdə döyüş silahlarının idxal-ixrac əməliyyatları zamanı ixrac edən şirkət son istifadəçi şəhadətnaməsi (end-user certificate) təqdim etməlidir.

Xatırladaq ki, 2012-ci ilin iyul ayında britaniyalı silah satıcısı Maykl Reyncer Azərbaycana silah satmağa cəhd etdiyi və qanunu pozduğu üçün 3 il yarım azadlıqdan məhrum edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar