Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avropa İttifaqı ilə danışıqları bərpa edir


Azərbaycan və Avropa İttifaqı mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində danışıqları bərpa edir


Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirib.

“Sentyabrda altkomitələr işini bərpa edəcək. Və payız ayları ərzində dörd altkomitənin iclaslarının keçirilməsi nəzərdə tutulur. Bunlar ticarət, energetika v nəqliyyat ekologiya, təhlükəsizlik və insan haqları, təhsil və digər sosial məsələlər üzrə altkomitələrdir”-nazir müavini bildirib.

Məmmədquliyevin sözlərinə görə, bu danışıqlar Aİ-nin Azərbaycanla strateji tərəfdaşlığa dair yeni razılaşmasına dair müzakirələr üçün mandatın verilməsinin vaxtından asılı olmayaraq başlayacaq. “Gözlənilir ki, Azərbaycana mandat oktyabr ayı ərəfəsində veriləcək, lakin bu hələ ilkin müddətdir. Bundan asılı olmayaraq biz Aİ ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində işi bərpa edəcəyik”-nazir müavini deyib.

Məmmədquliyev hesab edir ki, strateji tərəfdaşlıq haqda sazişin imzalanması Azərbaycanla Aİ arasında əməkdaşlığı daha yüksə səviyyəyə qaldıracaq. Yeni razılaşma layihəsi Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, ən mühüm beynəlxalq ticarət normalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Azərbaycan mallarının Aİ bazarlarına daxil olmasını asanlaşdıracaq.

Azərbaycan Aİ-nin Assosiasiya razılaşması təklifini qəbul etməyib, bunun əvəzində strateji tərəfdaşlıq proqramı təklif edib. Avropa Parlamentinin Bakıya qarşı qəbul etdiyi qətnamələrdən sonra Brüssellə danışıqlar dayandırılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar