Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Antikorrupsiya Akademiyasının Büro üzvü seçildi


Tailandın Banqkok şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin II Assambleyası keçirilib


Tədbirdə müqaviləyə tərəf olan 29 dövlətin və 11 müşahidəçi dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar iştirak ediblər.

APA Assambleyada Azərbaycanı vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılıq etdiyi, Vergilər Nazirliyi, Baş ProkurorluqAzərbaycanın Avstriyada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Assambleyanın açılışında Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının prezidenti Panthep Klanarongran və Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutner çıxış ediblər. Çıxışlarda Akademiyanın inkişafı ilə bağlı görülən işlərdən və gələcək planlardan danışılıb, qısa müddət ərzində təşkilatın beynəlxalq nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığı, Akademiyanın BMT Baş Assambleyası yanında müşahidəçi statusu alması bağlı prosedurların yekunlaşmaqda olduğu vurğulanıb.

S.Ələkbərov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizənin vacib elementi kimi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və onların əlçatan olmasına xüsusi önəm verir. Buna misal olaraq, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ASAN xidmət mərkəzlərinin fəaliyyəti, onların xidmətlərindən, eləcə də Azərbaycanın vergi orqanlarının elektron xidmətlərindən yararlanan vətəndaşların sayının gündən-günə artdığı göstərilib.

S.Ələkbərov deyib ki, vergi xidmətində tətbiq edilmiş yeni informasiya texnologiyaları sayəsində vergi ödəyiciləri ilə iş prosesləri tamamilə elektronlaşdırılıb: “Bu da vətəndaş-məmur təmaslarının minimallaşdırılmasına və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılmasına xidmət edir”.

Assambleyada həmçinin təşkilatın inkişafı üzrə aidiyyəti orqanların hesabatları dinlənilib, Rusiya, Avstriya və Antikorrupsiya Akademiyasının təqdim etdiyi üç qətnamə layihəsi geniş müzakirələrdən sonra qəbul edilib. Növbəti il üçün Assambleyanın rəhbər orqanı olan Büroya seçkilər keçirilib, nümayəndəsi Büroya üzv seçilmiş beş ölkədən biri də Azərbaycan olub.

Qeyd edək ki, Beynəlxalq Antikorrupsiya Akademiyası 2010-cu ildə Avstriya Hökuməti, BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi və Avropa Saxtakarlıq Əleyhinə Təşkilatının birgə təşəbbüsü ilə təsis edilib. 53 dövlətin üzv olduğu bu beynəlxalq təşkilat antikorrupsiya sahəsində bilik və təcrübələrin artırılması, antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkənin yaradılması, əməkdaşlıq və akademik axtarışlar sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir.

Ötən müddət ərzində Akademiya beynəlxalq antikorrupsiya hərəkatına öz töhfələrini verib, korrupsiyanın qarşısının alınmasında hökumətlər, qeyri-hökumət təşkilatları və ictimaiyyətin geniş təbəqələri ilə sıx əməkdaşlıq edib. Hazırda Akademiya korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə əsas beynəlxalq platforma kimi çıxır edir.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar