Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Afrika ölkələrinə dəstək verməyə hazırdır


Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib


XİN-dən verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov O.Azuleni YUNESKO-nun Baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.

Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu Saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.

Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir E.Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkib.

O.Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirib və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş əsnasında nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.

YUNESKO-nun Baş direktoru bu kimi əməkdaşlığın alqışladığını bildirib və hazırda Təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.

Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb. O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.

Görüş əsnasında nazir E.Məmmədyarov YUNESKO Baş direktorunu ölkəmizə səfər etməyə dəvət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar