Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı kimləri narahat edir?


Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısında müzakirə olunan məsələlərdən biri iki qardaş ölkə arasında hərbi əməkdaşlığı genişləndirilməsi olub


Azərbaycan Prezidenti İlham Əliyev mətbuata açıqlamasında hərbi əməkdaşlığın önəmini vurğulayıb.

“Bu gün biz hərbi sahədə əməkdaşlıq haqqında geniş müzakirə apardıq. Bu məsələ gündəlikdə duran məsələlərdəndir. Bu il Azərbaycanda üç dəfə – iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi texniki sahədə birgə fəaliyyətimiz davam edir". 

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hansı səviyyədədir və gələcək planlar nədən ibarətdir? 



Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın formulunu tapıb: “Türkiyə Azərbaycan müstəqillik qazanandan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib: “İndiki dövrdə Azərbaycan oturuşmuş dövlətdir. Müasir dövrün tələblərinə cavab verən orduya malik ölkə kimi Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı yeni mərhələdədir. Bu, birgə təlimlərin keçirilməsi, yeni idendifikasiyalı silah və hərbi texnikadan istifadə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün variantların birgə nəzərdən keçirilməsidir. Türkiyənin NATO, Azərbaycan isə Qoşulmama Hərəkatının üzvü olmasına baxmayaraq, hərbi əməkdaşlığımız ən yüksək səviyyədədir. Bu, bir daha Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və xaricdəki müəyyən siyasi dairələrə ciddi mesajdır”. 



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a deyib ki, iki ölkə arasında hərbi əməkdaşlığı daha da dərinləşdirmək barədə qərar iki ünvana verilən mesajdır: “Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra qətiyyətlə vurğuladı ki, Azərbaycan Türkiyədən hərbi texnika alıb və alacaq. Bu, iki ünvana verilən mesajdır. Birinci ünvan, işğalçı Ermənistanadır. İşğalçı dövlət bilməlidir ki, Azərbaycan müxtəlif ölkələrdən, o cümlədən strateji müttəfiqi Türkiyədən silah almaqda davam edəcək. Avropaya da mesaj var ki, əgər Qərb dövlətləri Azərbaycana silah və hərbi texnika satmırsa, bu, Azərbaycan üçün heç bir problem yaratmır, Türkiyə kimi alternativimiz var”. 

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq iki istiqamətdə uğurla inkişaf edir: “Birinci istiqamət qeyd etdiyimiz kimi Azərbaycanın Türkiyədən aldığı müasir silahlar və hərbi texnikadır. İkinci istiqamət isə iki müttəfiq dövlət arasında hər il mütəmadı keçirdikləri hərbi təlimlərdir. Türkiyə NATO-ya üzvüdür. Azərbaycan ordusunun Türkiyə vasitəsilə NATO standartlarını mənimsəməsi vacibdir”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov AzVision.az-a bildirib ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının Silahlı Qüvvələrimizin formalaşmasında özünəməxsus yeri var: “1992-ci ildə Azərbaycan ordusunun yaradılmasında və Qarabağ savaşında Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri yanımızda olublar. O zaman bizdə kadr çatışmazlığı var idi. Sülh dövründə də Türkiyə yenə yanımızdadır və hərbi-texniki əməkdaşlıq, kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb”. 
Ş.Ramaldanov qeyd edib ki, son zamanlar Türkiyə və Azərbaycan Silahlı Qüvvələri dəfələrlə birgə hərbi təlimlər keçiriblər: “Bu təlimlər Silahlı Qüvvələrimizin inkişafını göstərir. NATO üzvü olan bir dövlətin Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak etmək göstərir ki, Azərbaycan ordusu qısa zamanda formalaşıb. Bu gün Silahlı Qüvvələrimizin nümayəndələri Türkiyədən ancaq öyrənmirlər, həm də öyrədirlər. Çünki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və zabit heyəti zəngin potensiala malikdir”. 



Hərbi-ekspert vurğulayıb ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı getdikcə dərinləşməkdədir: “Bu əməkdaşlıq gücləndikcə Ermənistan narahat olur. İki qardaş ölkə arasında intensiv keçirilən birgə hərbi təlimlər Azərbaycan Ordusunun döyüş bacarığını artırır. Bunun faydasını gələcəkdə ola biləcək Qarabağ savaşında görəcəyik”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar