Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Rusiya-Türkiyə ittifaqının yaradılması mümkündür? - Politoloq rəyi


Natiq Miri: “Türkiyə-Azərbaycan-Rusiya üçlü ittifaqının varlığı regiona üçün həm iqtisadi yüksəlişə səbəb ola bilər, həm də eyni zamanda bu ittifaq bütövlükdə regionun təhlükəsizliyinə qaranti olaraq iştirak edə bilər”


Rusiya imperiya siyasətini dəyişməyənə qədər bu cür ittifaqların mükünlüyü qeyri-real görünür”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfərində dediyi Rusiya-Azərbaycan-Türkiyə arasında ittifaqın yaradılması ideyasın PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan martın 10-da Moskva səfərində Rusiya-Azərbaycan-Türkiyə arasında ittifaq ideyasına toxundu. O hətta dedi ki, Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları geniş müzakirə edilib.Qeyd edək ki, Türkiyənin üçlük ittifaq ideyasına Rusiya tərəfən heç bir cavab gəlməyib.

Bəs Rusiya-Azərbaycan-Türkiyə ittifaqının yaradılması mümkündürmü və bu ittifaq Azərbaycan üçün nə vəd edir? Həmçinin əgər Azərbaycan-Türkiyə-Rusiya İttifaq yaradılarsa, bu zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu ittifaqın Azərbaycana hansı xeyri və ya ziyanı ola bilər?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Image result for natiq miri

Natiq Miri: “Türkiyə-Azərbaycan-Rusiya ittifaqının yaradılması məsələsində o qədər də optimist deyiləm, çünki Rusiyanın özünün geosiyasi maraqları var və Rusiya güvənilir tərəfdaş deyil”.


Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan-Rusiya ittifaqı dövriyyəyə girərsə, nəyinki Dağlıq Qarabağ problemi, eyni zamanda Cənibi Qafqazda olan digər münaqişələr, yəni Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi də tədricən öz həllini tapa bilər:

“Əslində Azərbaycan artıq bir neçə üçlük formatlarında iştirak edir. Məsələn Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Türkmənistan-Azərbaycan formatı var. Bunların hamısı da regional formatlardır. Həmçinin bu formatlar bilavasitə həm iqtisadi əməkdaşlığın yüksəlməsinə, həm də müəyyən mənada təhlükəsizliyə xidmət edən formatlardır. Onu da qedy edim ki, bu cür ittifaqların mövcudluğu regionda daha rahat, daha rəvan əməkdaşlığı şərtləndirir. O cümlədən düşünürəm ki, regionun ən böyük ölkələrindən biri olan Rusiyanın iştirakı ilə belə bir üçlü ittifaq mümkün olarsa, bu ittifaq bütövlükdə regionun təhlükəsizlik balansını ödəyə biləcək ittifaq olardı. Nəzərə almaq lazımdır ki, bu gün bir-birinə paralel surətdə yeni iki kommunikasiya sistemləri çəkilir. Yəni bu kommunikasiyalardan biri Qərbi birbaşa Şərqə bağlayan, Hindistana qədər ola biləcək tranzit xəttidir ki, bu da bilavasitə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. 

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun artıq ərsəyə gəlməsi faktı da bunu bilavasitə ortalığa qoyur. Bəlkə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi “əsrin layihəsi” olaraq dəyərləndirilə bilər. Ancaq bu layihəyəyə paralel olaraq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi mövcuddur ki, bu dəhlizin də artıq bu ildən fəaliyyətə başlaması gözlənilir. Bu dəhliz də Azərbaycanın iştirakı və iki ölkəni, yəni Rusiyaİrana bağlaya biləcək bir körpü rolunu oynamaqla ortaya gəldi. Bütün bunlara görə düşünürəm ki, Türkiyə-Azərbaycan-Rusiya üçlü ittifaqının varlığı regiona üçün həm iqtisadi yüksəlişə səbəb ola bilər, həm də eyni zamanda bu ittifaq bütövlükdə regionun təhlükəsizliyinə qaranti olaraq iştirak edə bilər. Türkiyə-Azərbaycan-Rusiya ittifaqı çox ciddi itiffaq ola bilər. Ancaq bu ittifaqın yaradılmasında hələlik Türkiyə və Azərbaycan tərəfi maraqlıdır. Rusiyanın bu istiqamətdə konkret rəyi bəlli deyil. 

Natiq Miri: “Əgər Türkiyə-Azərbaycan-Rusiya ittifaqı yaradılarsa, hətta gələcəkdə bu ittifaq genişlənib Türkiyə-Azərbaycan-Rusiya-İran dördlüyü ittifaqına da çevrilə bilər”.


Bildiyimiz kimi bu təkliflə də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvada səfərdə olarkən çıxış etdi və buna yönəlik adekvar reaksiya Rusiyadan gəlməyib. Ancaq gələcəkdə belə bir ittifaq mümkün olarsa, bu Dağlıq Qarabağın həlli baxımından bir çox problemlərin öhdəsindən gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, artıq bu günlərdə Türkiyə-Rusiya-İran üçlü konteksində Yaxın Şərqdə gedən münaqişələrin, xüsusi ilə də Suriyadakı münaqişənin çözülməsi üçün artıq müəyyən addımlar atılır. Bununla bağlı Qazaxıstanın paytaxtı Astana şəhərində 4-5 görüş keçirilib. Buna görə düşünürəm ki, bu cür ittifaqların effekliyi ortada varkən, yeni ittifaq olan Türkiyə-Azərbaycan-Rusiya ittifaqı da dövriyyəyə girərsə, nəyinki Dağlıq Qarabağ problemi, eyni zamanda Cənibi Qafqazda olan digər münaqişələr, yəni Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi də tədricən öz həllini tapa bilər. Bununla da Cənubi Qafqaza və bütövlükdə regiona sülh gələ bilər. 

Mən düşünürəm ki, əgər Türkiyə-Azərbaycan-Rusiya ittifaqı yaradılarsa, hətta gələcəkdə bu ittifaq genişlənib Türkiyə-Azərbaycan-Rusiya-İran dördlüyü ittifaqına da çevrilə bilər. Çünki bu ölkələr regionun əsas həlledici güc mərkəzləri olmaqla bərabər, həm də iqtisadi-ticarət mərkəzləri kimi sayılır. Bu baxımdan Türkiyə-Azərbaycan-Rusiya ittifaqının yaradılması həm region, həm də Azərbaycan üçün əhəmiyyətli olardı. Ancaq mən Türkiyə-Azərbaycan-Rusiya ittifaqının yaradılması məsələsində o qədər də optimist deyiləm. Çünki hər bir halda nəzərə almaq lazımdır ki, Rusiyanın özünün geosiyasi maraqları var və Rusiya güvənilir tərəfdaş deyil. Rusiya imperiya siyasətini dəyişməyənə qədər bu cür ittifaqların mükünlüyü qeyri-real görünür. Ya da Türkiyə-Azərbaycan-Rusiya ittifaqı yaradılarsa belə, bu ittifaqın effekliyi o qədər də yüksək olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar