Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-ABŞ münasibətlərində Nuland düyünü


“İnqilablar ustasının” AŞ PA-ya Azərbaycanla bağlı təsir etmək gücü varmı?


AŞ PA-da Azərbaycanla bağlı qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolunun olduğu barədə xəbərlər yayıldıqdan sonra Azərbaycan iqtidarının bir sıra təmsilçiləri, hakimiyyət mediası anti-ABŞ açıqlamaları verməyə başlayıblar. Son vaxtlar iki ölkə arasında müşahidə olunan “atəşkəs” yenidən pozulub. Bütün günahlar ABŞ-ın, Viktoriya Nulandın üzərinə yüklənir. 

Hətta iddia edilir ki, dekabr ayında ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya Aktı” adlı Azərbaycana və onun vəzifəli şəxslərinə sanksiyaları nəzərdə tutan qanun layihəsinin də arxasında Nulandın əli var. Bu iddiada olanlar hətta bildirirlər ki, Qərb dairələrindən Azərbaycan hakimiyyətinin Vaşinqtondakı əsas düşmənlərindən biri məhz Viktoriya Nulanddır. O Nuland ki, Ukraynada Maydan hərəkatı zamanı mitinqçilərə özü şəxsən yemək paylayırdı. 




Səfir Ceffri Payetlə üzə çıxan telefon danışıqlarından məlum olmuşdu ki, Nuland keçmiş sovet respublikaları üçün Maydan nəzəriyyəsinin müəlliflərindən biridir: “Nuland Azərbaycan hakimiyyətini xoşlamır. Onun Azərbaycanda 2013-cü il prezident seçkiləri barədə diplomatik etiketdən uzaq bəyanatları hələ yaddan çıxmayıb. Nulandın Azərbaycan hakimiyyətinə qarşı nifrəti o qədər yüksəlmişdi ki, bircə müxalifəti silahlı üsyana çağırması qalmışdı. O, aqressivdir, kompromislərə meylli deyil və Vaşinqtonun Əliyev hakimiyyəti ilə münasibətlərini gərginləşdirmək üçün əlindən gələni edir. Bakıya səfərindən sonra onun Azərbaycana qarşı aqressiyası nəinki azalmadı, əksinə, artdı.

Bizim Vaşinqtondakı səfirimiz Elin Süleymanovu arzuolunmaz adama çevirən də məhz odur. Bir ildir ki, E.Süleymanov Dövlət Departamentində görüş ala bilmir. Məhz Nuland Azərbaycanın Obama administrasiyası ilə dialoq cəhdlərinə, problemləri həll etməsinə mane olur. İndi isə Nuland Bakıya qarşı oyunda Obama administrasiyasının qatı tənqidçilərindən olan K.Smiti qabağa verir".

Bəs bu iddialar nə dərəcədə əsaslıdır? Viktoriya Nuland bu qədərmi güclü əllərə sahibdir ki, AŞ PA-nın mövqeyinə təsir edə bilir? Ermənipərəst konqresmenin erməni mediasına verdiyi bir açıqlamadan sonra ABŞ-la münasibətləri gərginləşdirməyə ehtiyac varmı?



Siyasi şərhçi Elxan Şahinoğlu bildirdi ki, Viktoriya Nulandın inqilablarda rolu həddən artıq şişirdilir. Bu, Rusiyanın apardığı təbliğatın nəticəsidir: “Hesab etmirəm ki, Azərbaycan hakimiyyəti Nulandın adını çox da mənfi mənada hallandırır. Nuland keçən il Azərbaycana səfərində açıq ifadə işlətdi ki, onların Azərbaycanda inqilab etmək kimi düşüncə və planları yoxdur. Bu, həm Azərbaycan hakimiyyətini sakitləşdirmək üçün verilən açıqlama idi. Həm də həqiqətən də ABŞ-ın Azərbaycanda inqilab etmək planı yoxdur. ABŞ-ın hazırda Azərbaycanla enerji əməkdaşlığı, təhlükəsizlik əməkdaşlığı var. 

AŞ PA-da Azərbaycanın xeyrinə olan qətnamənin qəbul edilməsinə Nulandın imkan vermədiyi barədə ermənilər dezinformasiya yayıb. Belə ki, bir ermənipərəst amerikalı konqresmen Ermənistanın hansısa saytına müsahibəsində deyib ki, sən demə, AŞ PA-da Azərbaycanla bağlı qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olub. Məqsədli şəkildə səslənmiş bu dezinformasiyanı ermənilər geniş şəkildə yaydılar. Çox təəssüf ki, həmin dezinformasiya da Azərbaycanda baş xəbərə çevrildi, hakimiyyətə yaxın bir sıra şəxslər də bu  dezinformasiyanı həqiqət zənn edərək, ABŞ əleyhinə fikirlər bildirməyə başladılar. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verdi ki, Nuland məsələsini araşdıracaqlar. Amma Nulandla bağlı araşdırma aparmağa ehtiyac yoxdur. 



Araşdırılmalı bir şey varsa, bu da Azərbaycan diplomatiyasının fəaliyyətidir. Araşdırsınlar ki, niyə Azərbaycanın Avropa ölkələrindəki səfirləri bu qədər passiv oldu ki, AŞ PA-da qətnamə keçmədi. İzah edilməlidir ki, necə oldu ki, Azərbaycanla bağlı qətnamənin qəbuluna cəmi 4 səs çatmadı? Axı bunun günahını Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə yükləmək düzgün deyil. XİN və bizim xaricdəki səfirlərimiz Avropadakı deputatların nə qədəri ilə izahat işi aparıblar, nə qədərini Azərbaycanın mövqeyinə yaxınlaşdırıblar? Məndə olan məlumata görə, cəmi bir qrup avropalı deputata məktub göndərilib, onların da mütləq əksəriyyəti qətnamənin əleyhinə səs veriblər. Ona görə də Nulandı günahlandırmaq, ABŞ-a qarşı açıqlamalar vermək  deyil, XİN-dən hesabat tələb etmək lazımdır".

Ekspertin sözlərinə görə, ermənilərin məlum dezinformasiyanı yaymasında məqsəd böyük ehtimalla Azərbaycanla ABŞ arasında münasibətləri pozmaqdır: “ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi martın sonunda ABŞ-a Nüvə Təhlükəsizliyi Konfransına dəvət edib. Ermənilər o dezinformasiyanı yaymaqla bu səfər ərəfəsində ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyi hesablayıblar. Azərbaycan cəmiyyəti, xüsusilə hakimiyyət təmsilçiləri bunu nəzərə almalıdırlar və dezinformasiyanın təsiri altına düşüb ABŞ-la münasibətlərə gərginlik gətirə biləcək mövqe sərgiləməməlidir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar