Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Türkiyə, Rusiya... - Bu ölkələrdə doğurdanmı mətbuat azadlığı Ermənistanda olduğundan bərbaddır?


Müşfiq Ələsgərli: “Sərhədsiz Reportyorlar Təşkilatının(RSF) Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv açıqlamalar verməsi ilk dəfə deyil. Bu, uzun illər ərzində təsdiq olunmuş bir faktdır”


Ələsgər Məmmədli: “Ölkədə mətbuat indeksi ilə bağlı proseslər geriləyir, qanunvericilik sərtləşdirilir, internet resursları qanunsuz şəkildə bloklanır və məhkəmə vasitəsilə bağlanması irəli sürülür. Əlbəttə, bunlar ölkənin mətbuat indeksinə öz təsirini göstərir”.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan 180 ölkə içində 162-ci yerdə qərar tutub və ötən ilə nisbətən bir pillə yüksəlib. Buna baxmayaraq, Azərbaycan qonşu Gürcüstan və Ermənistandan xeyli geridədir. Həmçinin Rusiya və Türkiyə də mətbuat azadlığı indeksində geridə qalan ölkələr kimi qeyd edilib. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirib ki, media azadlığına həm avtoritar rejimlərdə, həm də demokratiya modelləri kimi tanınan ölkələrdə getdikcə daha çox təhlükə yaranır. Qurum bildirir ki, indi mətbuat azadlığını təkcə avtoritar rejimlər və diktaturalar pozmur. Həmçinin RSF-in mövqeyinə görə, cəmi bir il ərzində medianın “yaxşı” və “nisbətən yaxşı” durumda olduğu ölkələrin sayı azalıb. Artıq demokratiya modelləri sayılan ölkələrdə də jurnalistlərin durumunun pisləşdiyi vurğulanır. RSF bildirir ki, ABŞ prezidenti Donald Trump-ın media və jurnalistlərə qarşı səsləndirdiyi fikirlər Amerikanın söz azadlığını müdafiə ənənəsini zərbə altında qoyur. Trump jurnalistləri “yer üzündə ən vicdansız şəxslər” adlandırıb, onları “saxta xəbərlər” yaymaqda suçlayıb.

Maraqlıdır ki, doğrudanmı Azərbaycan, Rusiya, Türkiyə kimi ölkələrdə mətbuat azadlığı sahəsində Ermənistan və Gürcüstandan bu qədər geridədir, yoxsa Sərhədsiz Reportyorlar Təşkilatının illik mətbuat azadlığı indeksi siyasi hesablar üzərində formalaşır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli və  media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin fikirlərini öyrənib.

Картинки по запросу Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli: “RSF-nin Fransadakı erməni diasporasının təsiri altında olması,  eyni zamanda müəyyən məqamlarda ABŞ-dan gələn siyasi sifarişlərlə hərəkət etməsi təsdiq olunan faktdır”.


Sərhədsiz reportyorlar Təşkilatının illik mətbuat indeksinin həqiqətə uyğun olmadığını vurğulayan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərliyə görə, bu təşkilatın fəaliyyəti siyasi maraqlar üzərində qurulub:

“Sərhədsiz Reportyorlar Təşkilatının(RSF) Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv açıqlamalar verməsi ilk dəfə deyil. Bu, uzun illər ərzində təsdiq olunmuş bir faktdır. Ümumiyyətlə, Sərhədsiz Reportyorlar Təşkilatı öz nüfuzunu kifayət qədər  itirmiş bir təşkilatdır. Çünki təşkilatın keçmiş rəhbərləri uzun müddət bu cür bəyanatlar veriblər, sonradan isə özləri siyasi proseslərə qarşı qoşulublar. Məsələn, təşkilatın keçmiş rəhbərlərindən olan Rober Menard siyasi şəxsə çevrilib və siyasətə qoşulub. Ancaq siyasətdə də öz yarıtmazlıqlarını göstərib. Orada anti-demokrat addımları ilə diqqət çəkdi. Bu isə onu göstərir ki, həmin şəxsin Sərhədsiz Reportyorlar Təşkilatındakı fəaliyyəti də qeyri-demokratik, müəyyən siyasi maraqlara xidmət edib. 

Məsələ orasındadır ki, Sərhədsiz Reportyorlar Təşkilatı siyasi proseslərdə müəyyən dövlətlərin sifarişlərini yerinə yetirərək, bu sifarişə uyğun olaraq bəzi ölkələri ləkələmək və nüfuzdan salmaq xətti yürüdüblər. Xüsusən də RSF-nin Fransadakı erməni diasporasının təsiri altında olması,  eyni zamanda müəyyən məqamlarda ABŞ-dan gələn siyasi sifarişlərlə hərəkət etməsi təsdiq olunan faktdır. Biz uzunmüddət bu məsələlərin monitorinqini aparmışıq və RSF-nin hesabatlarına baxanda aşkar şəkildə görünür ki, nə ABŞ-da, nə də Ermənistanda mediaya qarşı baş verən hadisələr əks olunmayıb. Digər ölkələrin də adını çəkə bilərəm, amma ABŞ-la Ermənistanı xüsusi olaraq ona görə vurğulayıram ki, RSF-nin fəaliyyətlərinin çox böyük hissəsi ABŞ-ın təşkilatları, bir qismi isə Fransadakı erməni diasporası tərəfindən maliyyələşir. Bu təşkilat maliyyə aldığı dövlətlərin hədəfində olan ölkələri nüfuzdan salmaqla, demokratiyanı pozmaqla təhdid edir. RSF-nin hədəfində olan ölkələrdən biri də Azərbaycandır və bu siyasət artıq təsdiqini tapıb”.

Картинки по запросу Ələsgər Məmmədli pia.az

Ələsgər Məmmədli: “Hesab edirəm ki, indeksin obyektiv olub-olmamasından daha çox ölkəmizin indeksdə tutduğu yerə səbəb olan məsələləri önə çəkmək daha məqsədəuyğundur. Çünki biz həqiqətən çox aşağıdayıq”.


Sərhədsiz Reportyorlar Təşkilatının nisbətən həqiqətə uyğun olduğunu qeyd edən və  media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin fikrincə, Azərbaycan mətbuat indeksinin geriləməsinə səbəb olan məsələləri həll etməyə çalışmalıdır:

“İlk növbədə, Azərbaycanın 162-ci yerdə qərar tutmasına münasibət bildirmək istərdim. Təəssüf ki, Ölkədə mətbuat indeksi ilə bağlı proseslər geriləyir, qanunvericilik sərtləşdirilir, internet resursları qanunsuz şəkildə bloklanır və məhkəmə vasitəsilə bağlanması irəli sürülür. Əlbəttə, bunlar ölkənin mətbuat indeksinə öz təsirini göstərir. Cəmi 180 ölkə üzrə Azərbaycan son 18 yerdən birini tutur. Ən sonuncu yerdə isə Şimali Koreya durur. Ancaq Ermənistan və Gürcüstan bizdən xeyli irəlidə görünürlər. 

Fikrimcə, Gürcüstanla bağlı verilən rəy obyektivdir. Çünki biz də Gürcüstana gedib gəlirik. Onlardan bizdən fərqli olaraq, fərqli sferada fərqli problemləri müzakirə edirlər. Biz isə hələ də söz azadlığı ilə bağlı məsələlərlə məşğuluq. Ermənistanı isə qiymətləndirə bilməyəcəm. Çünki Ermənistanla bağlı məlumatsızam. Hər halda qiymətləndirən tərəf Skandinaviya ölkələrində də bir qədər geriləmə olduğunu qeyd edib. Avropa və inkişaf etmiş ölkələrdə də xeyli geriləmə var. Məncə, bu geriləmə təbiidir. Hesab edirəm ki, indeksin obyektiv olub-olmamasından daha çox ölkəmizin indeksdə tutduğu yerə səbəb olan məsələləri önə çəkmək daha məqsədəuyğundur. Çünki biz həqiqətən çox aşağıdayıq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar