Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Rusiya və İranın üçtərəfli əməkdaşlıq perespektivləri - Azərbaycan üçün hansısa müsbət nəticələr varmı?


Politoloq: “Azərbaycan özünün siyasi çəkisi və bölgədəki iqtisadi layihələri ilə dünya siyasətində daha aktiv rol oynamağa başlayacaq”


“Tehranda prezidentərin görüşündə Şimal-Cənub Dəmiryolu layihəsinin işə salınmasının prespektivləri müzakirə ediləcək”.

Bu sözləri politoloq Qabil Hüseynli Tehran şəhərində Azərbaycan, Rusiyaİran prezidentləri arasında keçiriləcək üçtərəfli görüşü PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bu gün Tehran şəhərində Azərbaycan, Rusiyaİran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq. Xatırladaq ki, bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. 

Qeyd edək ki, bu tərkibdə sammit ilk dəfə prezident prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirilmişdi. 

Azərbaycan, Rusiyaİran prezidentlərinin üçtərəfli görüşləri və əməkdaşlıq layihələri sözsüz ki, geosiyasi və geoiqtisadi anlam daşımaqdadır. Bu əməkdaşlığın perespektivləri barədə nə demək mümkündür və ötən bir ildən artıq müddətdə Azərbaycan, Rusiyaİran arasında üçtərəfli əməkdaşlığın Azərbaycanın maraqları çərçivəsində hansısa müsbət nəticələr varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.



Qabil Hüseynli: “Bu sammit həm iqtisadi xarakterli məsələlərin nizamlanmasına, həm də siyasi xarakterli bir sıra problemlərin həllinə yönəlib”.


Xəzərin statusu məsələsi ilə bağlı son dövrlərdə İranın mövqeyində yumşalmanın olduğun vurğulyan politoloq Qabil Hüseynli PİA.AZ-a açıqlamasında bildirib ki, Tehranda prezidentərin görüşündə əsasən Şimal-Cənub Dəmiryolu layihəsinin işə salınması müzakirə ediləcək:

Azərbaycan, Rusiyaİran prezidentləri arasında üçtərəfli görüşün çox böyük əhəmiyyəti var. Çünki bu sammit həm iqtisadi xarakterli məsələlərin nizamlanmasına, həm də siyasi xarakterli bir sıra problemlərin həllinə yönəlib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan son iki ayda çox böyük əhəmiyyətli iqtisadi layihələrə imza atır. Neft layihələri ilə bağlı yeni kontraktların imzalanma mərasimindən sonra oktyabrın 30-da da Bakı-Tbilisi-Qars dəmiryolu, yəni əsrin böyük layihələrindən birinin işə salınmasına imza atıldı. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avrasiya materikini birləşdirmək və qədim İpək Yolunun Azərbaycan hissəsinin tam olaraq işə salınması baxımından misilsiz rol oynayacaq. İndi isə Tehranda prezidentərin görüşündə Şimal-Cənub Dəmiryolu layihəsinin işə salınmasının prespektivləri müzakirə ediləcək. 

Onu da deyim ki, həm Bakı-Tbilisi-Qars dəmiryolu, həm də Şimal-Cənub Dəmiryolu layihəsində açar rolunu Azərbaycan oynayır. Azərbaycan bu dəmiryolu layihəsinin işə düşməsində bir sıra miqyaslı məsələləri öz üzərinə götürüb və onu da başa çatdırıbdır. Şimal-Cənub Dəmiryolu layihəsinin işə düşməsi şimaldan gələn rus mallarının Dubay, Ərəbistan, İran, Əfqanıstan, Hindistan bölgələrinə göndərilməsi məsələsin də xeyli asanlaşdıracaq. Bu layihə öz əhəmiyyətinə görə çox mühüm rol oynayacaq. 

Qabil Hüseynli: “Həm Bakı-Tbilisi-Qars dəmiryolu, həm də Şimal-Cənub Dəmiryolu layihəsində açar rolunu Azərbaycan oynayır”. 


Həmçinin o da qeyd edilməlidir ki, dəmiryolu layihəsi İranla-Azərbaycanın ikitərəfli münasibətlərini xeyli inkişaf etdirmiş olacaq. Buna görə də prezidentlərin Tehran görüşündə yəqin ki, Xəzərin statusu məsələsi də gündəmə gələcək. Çünki bu məsələdə bu vaxta qədər inadkar mövqe İran tuturdu. Amma son dövrlərdə İranın mövqeyində yumşalmalar var. Mən hesab edirəm ki, İranın bu məsələdə yumşalması dəmiryolu layihəsi işə düşəndən, yəni iki aydan sonra daha da artacaq. Beləliklə də uzun illərdir Xəzərin həll edilməyən statusunu həll etmək mümkün olacaq. 

Mən düşünürəm ki, Azərbaycanın İranla layihələri Azərbaycanın iqtisadi niyyətlərinin həyata keçməsi üçün prinsipial əhəmiyyətə malikdir. Həm də bu layihə həm İran, həm də Rusiya üçün çox mühüm əhəmiyyətə malikdir. Bu yolda Azərbaycanın beynəlxalq münasibətlərdə oynaya biləcəyi rolun daha da artacağını söyləmək mümkündür. Yəni Azərbaycan özünün siyasi çəkisi və bölgədəki iqtisadi layihələri ilə dünya siyasətində daha aktiv rol oynamağa başlayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar