Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Gürcüstan və Türkiyə BMT Baş katibinə məktub ünvanladı


Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanında Daimi Nümayəndələri Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT Baş katibinə birgə məktub ünvanlayıblar


Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda Cənub Qaz Dəhlizinin əsasının 20 sentyabr 2014-cü ildə qoyulduğu qeyd olunur. 40 milyard ABŞ dollarından artıq sərmayənin cəlb olunduğu və dünyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinə Şah Dəniz II qaz yatağının işlənməsi, Cənub Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılır.

Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünyamiqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılır. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanır.

Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək çiçəklənməsi, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində olan qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılır.

Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar