Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Xanlaroğlu xəstəxanaya yerləşdirilir


Qənirə Paşayeva: "Fevralın 3-dən sənətçinin müalicəsinə başlanacaq"


Son günlər ciddi xəstəlikdən əziyyət çəkən Aşıq Azər Xanlaroğlu xəstəxanaya yerləşdirilir. 

Bu haqda məlumatı musavat.com-a millət vəkili Qənirə Paşayeva deyib. 

Onun sözlərinə görə, sənətçi fevralın 3-də 1 saylı Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yatırılacaq. Millət vəkili fevralın 2-də Azər Xanlaroğlunu evində ziyarət edib: "Mən həm bu ailənin dostu kimi, həm millət vəkili kimi onun sağlamlığa qovuşmasına dəstək olmağa çalışıram. Artıq səhiyyə nazirinə də müraciət etmişəm. Onun xəstəliyi elədi ki, dövlət tərəfindən mütləq dəstək verilməlidir". 

Deputatın sözlərinə görə, fevralın 3-dən 1 saylı şəhər təcili tibbi yardım xəstəxanasında Azərin müailəcinə başlanacaq: "O, Hepatet A və B-dən əziyyət çəkir. Ayağında fil xəstəıliyi - kəşkin şiş aşkarlanıb. Həmçinin onda sürətli piylənmə gedir. İlkin mərhələdə həkimlər onu hepatitdən müalicə edəcək. Sözgedən xəstəxanada Hepatit Mərkəzi yaradılıb. Bu mərkəzdə effektli müalicə aparılır". 

Q.Paşayeva deyib ki, imkanlı şəxslərdən, tanınmış tovuzlululardan da Azər Xanlaroğlunun müalicəsinə dəstək vermələrini xahiş edib: "İnanıram Xanlar Məhərrəmovun yadigarı olan Azəri taleyin ümidinə buraxmayacaqlar". 

Millət vəkili onu da bildirib ki, Azərin ailəsi Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar