Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Həsrət Səməd Seyidovdan və AŞPA-dan yazdı


“Kimdir cəmiyyəti yanıltmaq istəyən?”


Tanınmış jurnalist, Mətbuat Şurası İH üzvü Azər Həsrət hazırda Azərbaycanın xəbər məkanında əsas müzakirə mövzusundan qısa bir yazı yazıb. Musavat.com-un redaksiyasına yolladığı yazı aşağıdakı kimidir:

“Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı oldum.

Oxuduğum ilk xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya Bundestaqının üzvü Frank Şveyb öz Facebook səhifəsində yayıb. Aradım, bəlli oldu ki, Bundestaqda Şveyb soyadlı deputat ümumiyyətlə yoxdur. Var Frank Şvabe (Frank Schwabe) və onun Facebook səhifəsində də bu haqda bir kəlmə belə yazılmayıb. Özü də o səhifə yetərincə fəaldır, adam gündəlik paylaşımlar edir və son 10 gündə belə bir paylaşımı olmayıb.

Daha bir xəbərdə isə iddia edildi ki, Ukraynalı deputat Volodimir Ariyev belə bir xəbər paylaşıb. Yenə də Facebook üzərindən. Onu da aradım, tapdım. Deputatın Volodymyr Ariev adlı hesabında doğrudan da belə bir paylaşım var. Amma orada da Səməd Seyidovdan söhbət getmir. Sadəcə Pedro Agramunt və Cordi Xucla haqqında danışılır. Yəni Səməd Seyidovun adına heç işarə belə edilmir.

Durum beləykən kimdir Azərbaycan nümayəndə heyətinin rəhbərinin adını təkidlə bu xəbərlərə pərçimləmək istəyən? Ümumiyyətlə, məqsəd nədir? Niyə Səməd Seyidov məhz indiki qarışıq məqamda hədəfə alınır? Olmaya onun AŞPA-nın son toplantılarında özəlliklə də Ermənistanla bağlı çıxışları içimizdəki ermənilərə sərt zərbə olub?

Düşünməyə dəyər məncə. Bu qısa yazımdan məqsəd Səməd Seyidovu müdafiə etmək deyil. Sadəcə informasiya kirliliyinə reaksiya vermək, cəmiyyəti çaşdırmaq istəyənlərə heç də hamının sadəlövh olmadığını bildirmək istədim…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar