Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Əsgərovdan AXCP liderinin ünvanına növbəti ağır ittihamlar


“Mənə Əli Kərimlinin səs yazısını dinlətdilər, dedilər ki, gör kimə görə mülkündən keçdin”


AXCP-nin kirayələdiyi qərargahın partlayışından sonra sökülməsindən 10 aydan artıq vaxt ötür. 

İndiyə qədər mülk sahibinə dəyən zərərin müqabilində heç bir kompensasiya ödənilməyib. Qərargahın sahibi Azər Əsgərov hüquqları uğrunda mübarizədə tək qalıb. Belə ki, AXCP ona heç bir köməklik göstərmir.

Bu azmış kimi, sosial şəbəkələrdə Azər Əsgərov AXCP fəalları tərəfindən vaxtaşırı olaraq, tənqid və təhqirlərə məruz qalır. Bu prosesdə AXCP rəhbərliyi də aktiv görünür.

Azər Əsgərov musavat.com-a açıqlamasında mülkünün sökülməsi ilə bağlı verdiyi şikayətə baxılmadığını bildirib: “Heç bir yenilik yoxdur. Evləri sökülən digər 3 mülk sahibinə ayda 600 manat kirayə haqqı ödənilir. Amma bu 10 ayda mənə bir qəpik də verilməyib. Ərizə də vermişəm. Baxan yoxdur. Xalq Cəbhəsinin zibilinə düşdüm. Cəmil Həsənli ABŞ-a səfərə gedib. Amma bir dəfə bildirmir ki, mülküm dağılıb. Dünya təşkilatları qarşısında bu məsələni qaldırmaq imkanları olsa da, etmirlər. Çünki onlara sərf etmir. Mənim dağıdılmış mülkümün hesabına qrant alırlar. Adını da qoyurlar ki, guya onlara terror olub. Əli Kərimli və Cəmil Həsənli qrant almaq üçün canfəşanlıq edirlər. Amerikaya da bunun üçün gedib. İndiyə qədər o, iclaslarını mülkümdə keçirirdi. Müxalifətə mülkümü verdim, bu günlərə qaldım. Onlar mülkümün hesabına pul qazanırlar. Mən də küçələrdə qalmışam”.

Mülk sahibi AXCP liderinin ünvanına növbəti ağır ittihamlar səsləndirib: “Əli Kərimli mülkümün müqabilində aldığı pulları xərcləməklə məşğuldur. Külli miqdarda pullar qazandı. Son günlərdə sosial şəbəkələrdə AXCP üzvlərinin təhqirləri bir az səngiyib. Daha çox tənqid üsuluna keçiblər. Yazdığım statusların altında Əli Kərimlini təmiz insan kimi qələmə verirlər. Cavablarını verirəm ki, o, mülkümü satıb. Necə təmiz adam ola bilər? 5-10 nəfərin beynini yeyib. İnboksuma daha çox təhqir yazırlar. Saxta profillər olur. Hamısı Əli Kərimli tərəfindən öyrədilib. Guya ki, gizli yerdə məni təhqir etməklə nəsə qazanacaqlar. Əli Kərimli mülkümün müqabilində 1 milyon 800 min manat pul alıb. Ona deyiblər ki, mülk sökülən yerə gəlmə, cəbhəçiləri buraxma. İki saat dayandıra bilsələr, mən çatacaqdım. Əşyalarımın hamısı məhv oldu”.

Azər Əsgərov ATV telekanalındakı çıxışından sonra AXCP üzvləri tərəfindən təhqirlərə məruz qalmasına da cavab verdi: “Çoxsaylı təhqirlərə məruz qaldım. Onlar adam olmadığına görə fikir vermədim. Onlara deyirəm ki, sizin ”Azadlıq" qəzeti may ayından bu yana məndən müsahibə almır. Satqın indi mənəm, yoxsa sizlər? Özünüz qiymət verin. Sizləri mülkü dağıdılanlar maraqlandırmır - yalnız hökumətdən gizli yollarla aldığınız pullar və bir də xaricdən sizə verilən qrantlar maraqlandırır. Xədicə İsmayıl Əli Kərimlinin oyunlarının qurbanı oldu. Əli Kərimlinin xarici banklarda çoxlu sayda pulları var. Ona görə ona xarici pasport vermirlər. 1997-ci ildən Türkiyədə yaşayıram. Oturum almaq çox çətindir. Mülkün varsa, 6 aylıq və bir illik oturum almaq olur. Əli Kərimli, sənin ailən Londonda necə oturum alır? Deməli, sənin xaricdə mülkün var. Onun hesabına ailən oturum alır. London kimi varlı, olduqca bahalı şəhərdə ailən hansı qazandığın pullarla yaşayır? Deməli, satqının ən böyüyü sənsən. Bunları Natiq Ədilova yazdım. Mənə var-yox söyüşü söydü. Bunların səviyyəsi bura qədərdir. Açıqca dedi ki, qrant alırıq, sənə nə? Əgər kişiliyin var idisə, ölkədə qalardın. Xaricə qaçmazdın. Məni qızışdırıb, ortaya atdınız. Arxamca işlər çevirdiniz".

Mülk sahibi Əli Kərimli barəsində əlində ciddi faktlar olduğunu bildirdi: “Onun mülkümün müqabilində aldığı pulları sübut edərəm. Gəlsin mənimlə debata. Hər kəsin gözü qarşısında onu ifşa edim. İstədiyi yerdə onunla debata çıxaram. SƏS.TV-dən mənə zəng vurdular ki, guya o, mənimlə debata çıxacaq. Dedim ki, Əli Kərimlidən başqa heç kimlə debata çıxmaram. Əli Kərimli mənimlə debatdan qaçdı. Bilir ki, gəlsə, ifşa olunacaq. Onun səs yazısını mənə dinlədiblər. Mənə dedilər ki, onları mülkümdən çıxarım. Amma kişiliyimə sığışdırmadım. Mülk dağıdılandan sonra mənə həmin səs yazısını göstərdilər ki, gör kimə görə mülkündən keçdin. Əli Kərimli KQB-nin köhnə agentidir. O bilir ki, səs yazısını heç kimə verməzlər. Onun KQB-də hansı adlarla olduğunu bilirəm. Hökumətə işləyən adamdır. Əli Kərimlinin əli ilə hökumətdən narazı olan insanları bir-bir həbs edirlər. Neçə bayramı sənə görə ailəmdən ayrı keçirdim, Əli Kərimli. Hazırda indi də ailəmin yanına gedə bilmirəm. Mənə deyirlər ki, satılmısan. Əgər belə olsaydı, çoxdan pulumu alıb getmişdim. Adamın vicdanı olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar