Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzərTac Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı oldu

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb


Sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AzərTac-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Sazişə əsasən, AzərTac “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.

Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Biz çox şadıq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə bu il ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, AzərTac ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək AzərTac-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar