Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev separatçıların ABŞ və Fransaya qanunsuz səfərinə etiraz etdi


ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib


Lent.az-ın məlumatına görə, A.Quliyev deyib ki, təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində və Fransa Senatında və Milli Assambleyasında görüşlər keçiriblər.

“Onu da qeyd etməliyəm ki, separatçı rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistematik hal alması Azərbaycanın Fransa və ABŞ ilə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil. Belə səfərlərin təşkil olunması Ermənistan- Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi və işğalı təbliğ edir”, deyə A.Quliyev vurğulayıb.

O həmçinin bildirib ki,  hardan olmalarından asılı olmayaraq separatçılar beynəlxalq hüquq və qanunun aliliyinin əsas prinsiplərinə uyğun şəkildə eyni münasibətlə qarşılaşmalıdırlar: “Bu baxımdan ikili standartların hər hansısa bir təzahürü qəbuledilməzdir. Fransa və ABŞ-ın müvafiq səlahiyyətli orqanları separatçı rejimin agentlərinə vizaların verilməsini və ölkələrinə onların səfərlərinin təşkili prosesini dayandırmalıdırlar”.

ATƏT PA-nın vitse-prezidenti Fransanın və Amerika Birləşmiş Ştatlarının hökumətlərini danışıqlar prosesində və münaqişənin həlli üçün vacib olan ATƏT-in Minsk qrupunun vasitəçisi və həmsədri rolunu nəzərə alaraq lazımi tədbirlər görməyə çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar