Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev sabah Bişkekdə mətbuat konfransı keçirəcək


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərini ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru qismində müşahidə edir


Bu barədə ATƏT PA-nın rəsmi internet səhifəsi (oscepa.org) də məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi hazırda seçki məntəqələrində səsvermənin gedişini, sonra isə səslərin hesablanması prosesini müşahidə edir. Nüfuzlu beynəlxalq media təmsilçilərinin yaydıqları məlumatlara görə, seçki prosesi gərgin keçir. ATƏT PA rəsmi internet səhifəsinin yaydığı məlumatda bildirilir ki, sabah-oktyabrın 16-da Azay Quliyev seçkilərin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq.

Xatırladaq ki, ATƏT in hazırkı sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurts Azay Quliyevin Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etməsi üçün onu xüsusi koordinator vəzifəsinə təyin edib. Azay Quliyev Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirir. O, səsvermə gününədək Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirərək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar