Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev fransalı yazıçı ilə görüşüb



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qonaq olan fransalı yazıçı-publisist Jan Luis Gouard ilə görüşüb


PİA.AZ bildirir ki,qurumun mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, J.L.Gouard qeyd edib ki, 2013-cü ildə YUNESKO-nun qərarı ilə Azərbaycanın çovkan milli oyununun dünya mədəni irsinə daxil edilməsindən sonra atlar vasitəsilə oynanan bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun  dəstəyi ilə hazırlanmış “Qarabağın atları” kitabının Kann şəhərində təqdimatı  olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L. Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.

Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini vurğulayıb.  Azay Quliyev bildirib ki, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Heç təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq, dünyaya tanıdılır.  
Azay Quliyev qonağın diqqətinə çatdırıb ki, Şuranın ötən iki il ərzində bu istiqamətdə Avropa ölkələrini təmsil edən onlarla QHT-nin layihəsinə dəstək verib və bu iş indi də davam etdirilir. Şura sədri 2014-cü ildə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender məsələlərilə bağlı xarici QHT-lərin hazırladığı hesabatın Fransa Senatında təqdimatını xatırladaraq ölkəmizin ictimai, siyasi və sosial həyatında qadınların mühüm rolundan danışıb. Şura sədri rəhbərlik etdiyi qurumun yazıçıya hazırda üzərində çalışdığı kitabın hazırlanması, nəşri və tərcüməsilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib.  

pia.az          


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar