Avroliqanın 1/4 final mərhələsinin matçında görünməmiş hadisə yaşanır
Sportfm.az saytı xəbər verir ki, Türkiyənin son çempionu "Beşiktaş"ın Fransa səfərində gözlənilməz hadisə baş verib. Komandaların oyuna başlamasına az bir müddət qaldığı zaman "Lion" fanatları yaşıl meydana axışıb. Xeyli sayda azarkeşin nədən meydançaya axşımasının səbəbi hələ ki, məlum deyil.
İlkin versiya kimi Fransa təmsilçisinin türkiyəli fanatlara daha çox bilet satmasına etiraz etdikləri bildirilir. Bu gedişlə matçın təxirə salınması gözlənilir.
pia.az