Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azandan azmaq...

Dindar deyiləm. Namaz qılmıram, oruc tutmuram. Ancaq təbii ki, dini kimliyim var, İslam daşıyıcısıyam, müsəlmanam...


Qismətimdən, uşaqlıqdan bu günə qədər yaşadığım yerlərdə  - evimizin yaxınlığında məscid olub. Sanki qulaqlarım vərdiş edib hər səhər, axşam azan səsi eşitməyə. Bu ecazkar, ekzotik səda ilə gözlərini açmaq, yarıyuxulu azanı dinləyib yenidən yatmağın başqa bir ləzzəti var mənim üçün.  

Bəzən axşamlar evə tez gedəndə uşaqlarımı da götürüb şam azanı zamanı qəsəbəmizdəki məscidin həyətinə gedirik, oradakı balaca bağda gəzişirik, “Şollar suyu” adlanan bulaqda su içib, əl-üzümüzü yuyub gəlirik. Uşaqlarım üçün də xüsusi maraq doğurur məscid ziyarəti. Bəzən azan səsi eşidiləndə məndən tələb edirlər ora getməyi... 
Türkiyədə olarkən apardığım müşahidələr zamanı şahidi olmuşdum ki, buradakı turistlər, qeyri-müsəlmanlar azan səsinə xüsusi diqqətlə qulaq asır, onu ekzotik səs kimi qiymətləndirirlər. Bütün müsəlman ölkələrində, hətta müsəlman ölkəsi olmayan, ancaq İslam daşıyıcılarının kompakt yaşadıqları ərazilərdə azan səsi eşidilir. Çox az-az adam tapılar ki, azan səsinin qeyri-adi bir rahatlıq gətirmədiyini iddia etsin. 

Dindar, qeyri-dindar olub-olmamağımızdan asılı olmayaraq, müəyyən bir ateist kəsim istisna olmaqla (hərçənd tanıdığım bir ateist var, o, azanda xüsusi bir çəkicilik olduğunu, rahatlıq gətirən çağırış olduğunu etiraf edir - E.M) biz müsəlmanıq. Azərbaycan da dünyada İslam ölkəsi kimi tanınır. Təbii, burada din dövlətdən ayrıdır. Bizim ölkəmizdə, dövlətimizin ərazisində fəaliyyət göstərən radiolar, telekanallarda azan səsinin eşidilməsi təbiidir, hətta zəruridir. Telekanallarda düşük müğənnilərin, “rəngli”lərin bayağı ifalarına gen-bol yer ayıranlar da başa düşməlidir ki, efirlərdən heç olmasa müqəddəs Ramazan ayında azan səsinin eşidilməsi ehtiyacı, tələbatı var. 

Dinin dövlətdən ayrı olduğu digər ölkələrdə telekanallarda dini verilişlər verilir, vaxtaşırı azan səsləndirilir. Əgər ölkə əhalisinin təxminən 90 faizi müsəlmandırsa, ən azı 20 faiz inanclı kəsimdirsə, onlar mütləq nəzərə alınmalıdır. 

ANS televiziyası digər telekanallardan fərqlənərək Ramazan ayında ənənəvi olaraq iftardan öncə - Şam namazı zamanı efirində azan səsləndirirdi. ANS hansısa radikal dini qruplaşmaya aid deyil, hansısa dini missiya həyata keçirmir. Sadəcə, bildiyim qədər bu telekanalın rəhbərliyində dini inanclı şəxslər var və onlar heç olmasa bu müqəddəs ayda insanların qulağına İslam atributunu duyurmaq istəyiblər. Heç şübhəsiz doğru addımdır, düz işdir. Ancaq telekanala azan səsləndirməyi qadağan etmək istəyirlər, hətta buna ötən günlər ərzində nail olublar da. 

Nədən? Dövlət kanalı olmayan, özəl televiziya olan ANS-də azan səsləndirmək kimə nə ziyan gətirə bilər? Normal məntiqlə burada hansısa zərərli cəhət axtarmağın özü qəbahətdir. Ancaq görünən budur ki, kimlərsə bundan bir bəhanə kimi yararlanaraq ANS-lə şəxsi problemində bir təzyiq vasitəsi olaraq yararlanmaq istəyir, ya da kimlərəsə xoş görünməyə çalışır, hansısa xarici dairələrin sifarişi icra olunur. 

Bu dövlətin başçısı inauqurasiya zamanı həm də Qurana əl basırsa, İslami dəyərlərin qorunması məsələsində həssaslıq nümayiş etdirirsə, kimlərinsə müqəddəs Ramazan ayında ANS-in efirində azan səsləndirməsini yasaqlamağa çalışması dövlətin din siyasətinə qarşı çıxmaq anlamına gəlmirmi? 

Ola bilər, hansısa güclü qüvvə İslamdan kənardır, azan səsi ona xoş deyil. Ancaq bu milyonlarla müsəlmanın, oruclu insanların efirdən azan səsi eşitmək haqqının tapdanmasına səbəb olmamalıdır. 

Biz demokratik dövlətiksə, üstəlik müsəlman ölkəsiyiksə, müstəqil bir telekanalın efirindən azan səsləndirilməsinin yasaqlanması cəhdi, hətta buna görə telekanalı qapatmaqla hədələmək yumşaq desək, imansızlıqdır.

Qulaqlarımızın azan eşitməsinin bizlərə, dövlətimizə, vətəndaşlarımıza ancaq faydası var, bunun üzərində mübahisəyə belə ehtiyac yoxdur...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ermənilər daxili savaşa başladılar; yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...

“Barışmaz” Əli Kərimli iqtidara işləyir…

Ən çox oxunanalar