Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azadlığa buraxılan polkovnik apellyasiya şikayəti vermədi – “MTN işi”


Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyevlə birgə təqsirləndirilən polkovnik Elşad Əzizov barəsindəki hökmdən apellyasiya şikayəti verməyib


O, barəsindəki hökmdən narazı olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmə əsasən, Sübahir Qurbanov 14 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev 12 il, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində də 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Onlar hökmdən apellyasiya şikayəti veriblər.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar