Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olmayan ölkələrdə insanlar sakit ölürlər...


(BİR HƏYAT NAGILI)


24 il əvvəlin söhbətidi. 20 Yanvardan sonra elə sarsılmışdım ki, rus sözü, rus adı eşidə bilmirdim. Matəm günlərində Bakıda qala bilməyəcəyimi başa düşüb rayona getdim. 
Rayonda televizoru ora-bura qurdalayanda gördüm ki, “12 stul”u verirlər. Əvvəl baxmaq istəmədim, amma maraq rahat buraxmadı- Y.Mironov o qədər gözəl oynayırdı ki...  Bir az baxdım, hiss etdim ki, ürəyimin buzu əriyir. Beləcə, mənim rus adı ilə bağlı hər şeyə nifrətim çəkilib getdi...

Bunu niyə xatırladım? Bəli, ötən həftə, daha doğrusu, iyulun 25-i Vladimir Vısotskinin ölüm günü idi. Onun bütün mahnıları, şeirləri gözəldır. Amma bir misrası var, heç vaxt məni rahat buraxmır. O misrada deyilir ki, Allahın qarşısında özümə bəraət qazandırmaq üçün mənim əsasım çoxdur...

Həqiqətən də onun əsası çox idi. Onu istədiyi kimi oynamağa, istədiyi kimi oxumağa, istədiyi kimi yazmağa və hətta istədiyi kimi sevməyə qoymurdular. O da içirdi... Həyatını sözün əsl mənasında “yandırırdı”...

Etiraf və tövbə yalnız insana xas hisslərdi. Yalnız insan etdiyinin əzabını çəkə bilir, başqa canlılara bu hiss yaddır. 

Bir vaxt fikirləşirdim ki, bütöv bir nəsil və onların ideya tərəfdaşları M.Müşfiqə, H.Cavidə görə, onları qoruya bilmədiklərinə görə etiraflar etməli idi. Ədəbiyyatda buna oxşar cəmi bircə cəhd gördüm...

Bəli, demək olar ki, bütün bunları edən İ.Stalin və M.Bağırov idi. Düzdür, amma onlar edirdi, siz də susurdunuz...

Bəzən insanlar qoruya bilmədiklərini təmtəraqla dəfn etməklə əvəz çıxmağa çalışırlar. V.Vısotskini böyük izdihamla dəfn etdilər... 

Bəlkə də elə buna görə o nəsli bağışlamaq olardı... Bəli, deyilənə görə, o vaxt DTK o qədər çaşıbmış ki, dəfn prosesini sürətləndirməkdən və cənazənin aparıldığı maşını şəhərdə saatda yüz kilometr sürətlə qovmaqdan başqa çıxış yolu tapmayıbmış...
V.Vısotskinin işlədiyi teatrın qarşısında isə sadə lövhə asılıbmış. Orada yazılıbmış ki, artist Vladimir Vısotski vəfat edib. Təsəvvür edin, tamaşaların təxirə salınmasına baxmayaraq bir dənə belə olsun bilet qaytarılmayıbmış...

Bəzən gecikmiş etiraf, vaxtında deyilməmiş söz, vaxtında edilməmiş hərəkət insana olmazın əzab verir, ömrü boyu daş olub ürəyindən asılır. Ona görə də çalışmaq lazımdır ki, susmayasan, etinasız olmayasan, sözünü deyəsən... Ən azı ona görə ki, gecikmiş etiraf da bir şey deyil. Baxmayaraq ki, bəzən onunla da təsəlli tapır və kifayətlənməli oluruq...

Günümüz çox ağırdı. Bəlağətli nitqlərin fonunda, boğazdan yuxarı şüarların fonunda hər gün azadlığımız kiçilir, azalır... Biz də susuruq...

Vladimir Vısotskidən nahaq yerə misal çəkmədim. Bu adamın kitabını buraxmaq üçün müraciət etmədiyi instansiya qalmayıb. Hamısı da əbəs yerə... Bəli, o, Yazıçılar İttifaqının üzvü olmayıb. Bəs axırda nə oldu? Etiraf etməli oldular ki, 20-ci əsrdə Rusiyanın ən böyük şairi Vladimir Vısotski olub...

Bu baxımdan, şöhrətə, təmtərağa görə narahat olmağa dəyməz. O, gələcək, özü də vaxtında gələcək. Tez gələn şöhrət vaxtından tez gələn məhəbbət kimidir. Onun da yalnız əzabı qalır... Düzdür, hamımız çalışırıq ki, şöhrət də, tanınmaq da tez gəlsin, çünki prezident təqaüdü almaq lazım gəlir. Amma belə şöhrət, belə ad elə təqaüd kimidir. Ölənə qədərdir...

Heç kim bilmir ki, o, necə şair, necə yazıçı, necə düşüncə adamı olacaq. Bu, uzun illərin işidi. 

Yalnız bir müddət keçəndən sonra demək olar ki, filankəs həqiqətən də dəyərli yazıçı və ya şair olub. Amma necə vətəndaş olmağı hamı elə ilk gündən müəyyələşdirə bilər. Ona görə də çalışaq ki, əvvəl vətəndaş olaq... Elə olmasın ki, haqqımızda “Vətəndaş olmağı da bacarmadı!” desinlər...

V.Vısotskinin kitabına “Nerv” adı qoymuşdular. Rusca necə olubsa, burada da elə yazıram. Adlar simvolik olur... 

Onun kitabına qoyulan ad həyatını kifayət qədər xarakterizə edir. Adamın qeyri-azad ölkələrdə həqiqətən də sinirləri sızıldayır... Belə ölkələrdə yaşamaq həqiqətən də sinir əzabıdı. 

Necə ki, bir mahnıda o, “Dost, mənim üçün də bir-iki qullab saxla...” -deyirdi. Cavabında isə yalnız sükut eşidilirdi. Ona görə ki, dost dediyi şəxslər artıq yox idi və onlar cavab verə bilmirdi, çünki döyüşdə ölmüşdülər...

Azad olmayan ölkələrdə də insanlar belə ölür-sakit, səssiz-səmirsiz. Bu sükutu yalnız biz poza bilərik. Yalnız biz. Təbii ki, sizinlə birlikdə...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar