Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun yerinə təyinatla bağlı daha bir şəxsin adı hallanır


Bakının kifayət qədər böyük rayonlarından birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gətiriləcəyi gözlənilir.

 Bildirilir ki, bu rayona rəhbər gətirilməsi üçün hakim dairələrdə bir neçə nəfər müzakirə edilir. Onlardan biri də N. Bayramovdur. İcra başçısı bu gün Prezident Administrasiyasında olub. Ehtimal olunur ki, onun PA-ya çağırılması bu məsələ ilə bağlıdır.
 
Məlumat üçün bildirək ki, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

Bakıda göydələnlər tikən və biznesini məhz mərkəzdə quran Niyazi Bayramov paytaxtın rayonlarının birinə icra başçısı gəlməsi üçün illərdir, mübarizə aparır. Bir müddət əvvələ kimi onun Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı barədə informasiyalar dolaşırdı. 

Qeyd edək ki, Binəqədiyə icra başçısı gətirilməsi ilə bağlı adı hallanan şəxslərdən biri də Əhəd Abıyevdir. Mətbuatda onun Binəqədi İH-nin inzibati binasında görüldüyü, bu rayona başçı gətiriləcəyi barədə xəbərlər yazılsa da, Ə. Abıyev təkzib etmişdi.(BakuPost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar