Gənclər və İdman naziri Azad Rəhimovun Çexiyaya rəsmi səfəri başlayıb
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir sabahdan etibarən Çexiyanın Praqa şəhərində keçiriləcək Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında çıxış edəcək.
Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah iştirak edəcək.
Assambleyanın iclasları zamanı Rio de Janeyro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq. Həmçinin ölkəmizdə uğurla keçirilmiş I Avropa Oyunlarının yekunları ilə bağlı hesabat veriləcək. Assambleya 21 noyabr tarixinədək davam edəcək.
pia.az