Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-nin rəhbəri özünə qarşı sui-qəsd cəhdi haqda nələri deyib?


Arif Alışanovun ifadəsinin tam mətni


Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Məhkəmə prosesində hakim elan edib ki, Arif Alışanov məhkəməyə teleqram vurub. O, müəyyən səbəblərdən iştirak edə bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib.

Təqsirləndirilən şəxslər buna etiraz edərək Arif Alışanovun məhkəməyə gətirilməsini istəyiblər. Etiraz qəbul edilməyib və Arif Alışanovun istintaqa verdiyi ifadə elan edilib.

Arif Alışanov həmin ifadəsində bildirib ki, 2012-ci ildə özü, qardaşı Habil, yeznəsi Vidadi Cəfərov, qayınları Etibar, Natiq Bağırovlar da Şamaxı rayonunun ərazisində vətəndaşlardan pay torpaq sahələrinin almaq istəyiblər. Bu məqsədlə də Şücayət Əkbərovdan torpaqların yerli sakinlərdən satın alınmasını xahiş edib: "Şücayət yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb həmin sahələri ala bilirdi. Həmin vaxtlardan çoxsaylı torpaq sahələri mənə göstərilmiş və müxtəlif vaxtlarda, müxtəlif şəxslərin yanında Şücayət Əkbərova göstərdiyi torpaqların yerli sakinlərdən alınması üçün külli miqdarda pul vəsaitləri vermişdim.

2016-cı ilin dekabr-2017-ci ilin yanvar aylarında mən təxminən 4-5 dəfə Şamaxı rayonuna getmişəm. 2016-cı ilin dekabr ayının 13-də qızım Nigarla birlikdə Şamaxıya getdik. Təxminən saat 16 radələrində Şamaxıya çatmağa az qalmış biz Şücayətə zəng edərək artıq yolda olduğumuzu bildirdikdə o dedi ki, siz gedin Mədrəsədəki evə mən türklərlə torpaq alqı-satqısı ilə görüşdəyəm, birazdan gəlirəm. Adətən Şücayət bizi yolda qarşılayıb evə gətirirdi, lakin mən fikirləşdim ki, ola bilsin işi var. Biz Şamaxı şəhərini keçib Mədrəsə qəsəbəsinə qalxdıq. Şücayətin evinə çatanda biz maşınla açıq qaraja daxil olduq. Birinci qızım maşından düşüb ikinci mərtəbədə yerləşən evə qalxdı. Bundan sonra mən maşından çıxıb qarajdan həyətyanı sahəyə çıxanda oradakı pilləkənin yanında iki nəfər tanımadığım şəxsin durduğunu gördüm və salamlaşaraq pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxdım. Həmin tanımadığım iki nəfər kişi yan-yana qarajın içinə baxan pəncərənin ağzındakı qırmızı rəngli qaz balonunun yanında durmuşlar. Onların hər ikisini mən ilk dəfə idi ki, Şücayət Əkbərovun həyətində görürdüm. Adətən biz gələndə bizlə qonşuluqda yaşayan, milliyətcə türk olan qəsəbədə məskunlaşmış, Əhməd və onun ailə üzvləri və ya Şücayətin sürücüsü, başı aşağı olan Aqşin adlı şəxs xidmət edirdilər. Elə bu vaxt Şücayət gəlib bizimlə görüşəndə sürücüm Hacı ondan həmin şəxslərin kim olmasını soruşduqda onların usta olmalarını bildirdi. Hacı ilə Şücayət Şamaxı şəhərindəki notariat kontoruna Mədrəsə qəsəbəsində guya türklərdən aldığı torpaqları Hacı Babayevin adına rəsmiləşdirmək üçün gedəndə Hacı Şücayətin maşınında getmək istədi. Lakin Şücayət Hacıya öz maşını ilə gedəcəyini, ustaları yolda düşürtdükdən sonra notariusa gələcəyini bildirdi. Bundan sonra Hacı və Şücayət hərəsi öz maşınlarına əyləşib getdilər. Mən bunu Hacıdan sonradan eşidib bilmişəm. Bir müddətdən sonra Şücayətin sürücüsü Aqşin gəlib bizə çay verdi. Təxminən bir saatdan sonra sürücüm Hacı ilə Şücayət qayıtdılar və növbəti dəfə torpaq sahibinin Şamaxıda olmamasını bəhanə gətirərək sənədləşməni həyata keçirilməsinin bu gün də mümkünsüz olduğunu, gələn dəfə mütləq bu işi bitirəcəyini bildirdi. Bir neçə gün sonra Şücayətlə danışıb yenidən Şamaxlya gəldim.

Şamaxıya çatanda Şücayətin «NİVA» markalı maşını ilə durduğunu gördük. Biz maşından düşüb, Şücayətlə görüşdükdən sonra mən hiss etdim ki, Şücayət mənim tək olmamağıma əsəbiləşir və hesab etdim ki, sonuncu məni qohumlarıma qısqandığı üçün Dəyanətin mənimlə olmağıma belə reaksiya verir. Ona görə də mən Şücayət Əkbərovun idarə etdiyi VAZ 2121 "NİVA" markalı avtomaşının qabaq sərnişin yerinə əyləşdim və biz Şamaxı şəhəri istiqamətində maşınla yola düşməyə başladıq. Həmin vaxt sürücüm Hacı Babayev isə idarə etdiyi avtomaşınla bacım oğlu Dəyanətlə dirlikdə bizim arxamızca gəlirdi. Şücayət idarə etdiyi «NİVA» markalı avtomaşını aşağı surətlə sürürdü. Birdən mən arxadan maşınların biri-birinə dəyməsi səsini eşitdim və arxaya çönüb gördüm ki, ağ rəngli, nömrə nişanlarını xatırlamadığım «NİVA» Hacının maşınını vurdu. O maşın aşdı, Hacı isə maşını yolun kənarına verib saxlamışdı. Şücayət maşını saxladı və biz hadisəsi baş verdiyi yerə qayıtdıq. Biz köməkləşib "NİVA"dan sürücünü çıxardıq. Dəyanət qəzaya düşmüş şəxsdən sərxoş olub-olmamasını, nə üçün qəza törətdiyini soruşdu. Sürücü, sonradan adını bildiyim Zöhrab Şirinov başını aşağı saldı. Həmin vaxt Şücayət ona baxaraq dedi ki, səni tanıyıram, usta işləmirsən ki?Həmin şəxs usta işləməsini təsdiq etdi və idarəetməni itirdiyi söylədi.

Mən Zöhrab Şirinovdan şübhələnmədim və sürücünü Şamaxı xəstaxanasına gətirdik. Sonra Mədrəsə qəsəbəsinə getdik. Yolda Şücayət mənə deyirdi ki, həmin şəxs usta işləyir, yəqin işdən sonra hansısa müştərini ünvanına apardığı üçün yuxusuz qalıb qəza törədib. Həmin vaxt mən heç şübhələnmədim ki, Şücayət Əkbərovla Zöhrab Şirinov belə yaxından tanışdırlar və sonuncuya bizi öldürmək sifarişini verib. Həmin gün biz Bakı şəhərinə qayıdanda yolda bacım oğlu Dəyanət Cəfərov mənə dedi ki, bizim maşını həmin «Niva» markalı avtomaşın qəsdən vurub, lakin mən Dəyanətin bu sözlərinə həmin vaxt əhəmiyyət vermədim. Qeyd olunanlarla yanaşı Şücayət Əkbərov mənə son vaxtar, yəni 2016-cı ilin dekabr ayından başlayaraq deyirdi ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu mənə göstərmək istəyir və təsvir etdiyinə görə həmin su hovuzuna gedib baxıb onu almalıyıq ki, suvarma işlərimizdə gələcəkdə problem olmasın. Həmin vaxt mən Şücayətin bu təklifini normal və təbii qarşılayırdım. İndi mən fikirləşirəm ki, Şücayət məni həmin çölün düzündə olan sahəyə aparmaq istəyib ki, məni qətlə yetirilməyimi rahat həyata keçirə bilsin.

Sonradan mənə məlum oldu ki, Şücayət Əkbərov məni və mənimlə olan şəxsləri - qızımı və bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istəyib. Şücayət Əkbərovun məni qətlə yetirməsi üçün kimlərləsə əlaqəyə girib məni öldürmək istəyinin məqsədi onun məndən götürdüyü külli miqdarda pulları mənimsəmək niyətinin olması idi".

Qeyd edək ki, məhkəmə zalında Aqşin Hüseynov digər təqsirləndirlən şəxslərdən ayrı şüşə qəfəsdə saxlanılır. A.Hüseynov digər təqsirləndirilən şəxslərdən fərqli ifadə verib və məhkəmə gedişində də onlar arasında dəfələrlə mübahisə yaranıb.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar