Sosial şəbəkələrdə evindən meyiti tapılan AzTV-nin operatoru Zahid Bağırovun fotoları yayılıb
Axar.az xəbər verir ki, fotoları paylaşan AzTV əməkdaşları Z.Bağırovu təcrübəli, peşəkar olmaqla bərabər, yaxşı insan kimi xarakterizə ediblər.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Zahid Bağırovun meyiti dünən axşam saatlarında Bakının Suraxanı rayonundakı mənzildən tapılıb. İlkin araşdırma nəticəsində onun qida borusunun yazvasından əziyyət çəkdiyi və bu xəstəliyin təsiri ilə vəfat etdiyi müəyyən olunub.
pia.az