Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygün Səmədzadə müğənnilərə qadağa qoydu


“Mahnılarımı müğənnilərdən çox istəyirəm. Heç vaxt fikirləşməmişəm ki, bəstələrimi bütün müğənnilər oxusun. Fikirləşirəm ki, kimsə mahnımı gözəl oxumayacaqsa, ona heç vaxt qulaq asmayacam. Bəyənməsəm, qəbul etməyəcəm”


Axşam.az xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi Aygün Səmədzadə "100-dən 1-i" verilişində deyib.

Bəstəkar aparıcının "Mahnılarınızı oxumağı Flora Kərimova, Aygün Kazımova, Nazpəri Dostəliyeva və Nüşabə Ələsgərliyə qadağan etmisiniz" sualına belə cavab verib:

"Adlarını çəkdiklərinizin heç biri ilə rəsmi qadağamız yoxdur, amma oxumalarını istəmirəm. Müəyyən incikliklərim olur. Əgər həmin müğənnilərin ifasında mahnımı eşitmək istəmirəmsə, onu başqasına verəcəm. Müğənni bəstəkara yaradıcılıq gecəsində, təşkil etdiyi konsertdə lazımdır. Mənim yaradıcılıq gecəmdə onların gəlib oxuması lazım idi. Gəlmirsə, mahnıma başqa ifaçı tapmalıyam ki, təqdim etsin. Onlar da hiss edir ki, istəmirəm oxusunlar".

A.Səmədzadə hər ifaçıya mahnı vermədiyini deyib:

"Səsi olmayan, səhnədə özünü aparmaq qabiliyyəti olmayan insanlarla çalışrıam işləməyim. Azərbaycan dinləyicisinə, onun qulağına və mahnıya heyfim gəlir. Hər pis mahnı ilə tamaşaçıya ağır enerji ötürürük. Dua edirəm ki, Allah heç vaxt yaxşı bəstəkarı müğənniyə möhtac eləməsin".

Bəstəkar ifaçıların efirdə davranışını qınayıb:

"Müğənnilərin bəstəkara münasibətinə heyrət edirəm. Onlar efirdə aldıqları evlə, maşınla, pulla, əşyalarla bir-birinə acıq verirlər. Şöhrətin pik nöqtəsini əşyalar almaqda görürlər. Yaradıcıqlarına sərf etdikləri maliyyə az olur. Müəyyən mərhələyə çatırlar və orada dayanırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar