Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygül Pəncəliyevanın kitabının təqdimatı oldu



Noyabrın 23-də Aygül Pəncəliyevanın "Modernizm, İnsan hüquqları və Demokratiya haqqında xülasə" kitabının təqdimatı keçirilib


Musavat.com-un məlumatına görə, oxuculara təqdim olunan bu kitab üç fərqli kitabın – Robert Dahlın “Demokratiya Haqqında”, Anadolu Universitetinin dərslik olaraq hazırladığı “Modern Cəmiyyətlər” və “İnsan Hüquqları və Azadlıqları” kitablarının xülasəsi olaraq hazırlanıb. Bu mənada kitab sosial və siyasi elmlər üzrə təhsil alan tələbələr, müəllimlər, tədqiqatçılar, ictimai-siyasi fəallar və mövzu ilə maraqlanan insanlar üçün tövsiyyə edilir.

50-dən çox oxucunun qatıldığı təqdimatda bir çox yazarlar, siyasi-ictimai fəallar iştirak edib. 

Yazarlardan Rasim Qaraca, Namiq Hüseynov, ХХI Tezis jurnalının yazarı Yalçın İslamzadə, siyasi-ictimai xadim Ramin Hacılı, Nida Vətəndaş Hərəkətanın İH-nin üzvü Turqut Qəmbər və jurnalistlər kitab haqqında öz fikirlərini bölüşüb, gənc yazara başarılar arzu ediblər. 

Aygül Pəncəliyeva açıqlamasında bunları deyib: “Bu gün "Yeraltı Bookcafe"də ilk kitabımın təqdimatı baş tutdu. Məkan balaca olmasına baxmayaraq tanıdığım, tanımadığım bir çox insan iştirak etdi. Söz adamları, iştirakçılar kitab haqqında xoş və tənqidi  fikirlərini bildirdilər. Bu mövzuda kitaba reaksiyanın belə isti olması həqiqətən sevindirdi. İnanıram ki, sosial və siyasi sahədə fəaliyyət göstərmək istəyən hər kəs üçün əlifba rolunu oynayacaq.  Dəstək olan, iştirak edən hər kəsə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu addımım bilik və intellektinə güvəndiyim bir çox gəncə motivasiya olar”.

Qeyd edək ki, Aygül Pəncəliyeva 1988-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində bakalavr, daha sonra isə magistratura təhsili alıb.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar