Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşdü


Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib


Görüşdə Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən söhbət açıb. ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən Komitə sədri, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub. Qeyd edilib ki, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli seminarlar keçirilib. Bu günlərdə isə ofisdə Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarın təşkil olunduğu da diqqətə çatdırılıb.

Aydın Əliyev ötən il Bakı şəhərində keçirilən ÜGT-nin 10-cu illik PICARD konfransının nəticələrinə də toxunaraq, bu tədbirin gömrük sahəsində elm, tədris və tədqiqat məsələlərinin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaratdığını bildirib. Komitə sədri vurğulayıb ki, akademik tədqiqatların və təhsilin əhəmiyyətini və onun faydalarını tam dərk edən Azərbaycan Gömrük Xidməti gömrük təhsilinin təbliği istiqamətində inamlı addımlar atır.
ÜGT-nin Baş katibi Kunio Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını bildirib. Rəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunu yüksək qiymətləndirən Baş katib ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

Kunio Mikuriya qeyd edib ki, ÜGT-nin 10-cu illik PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisə idi və Bakı konfransı gömrük işində peşəkarlığın artırılması və elm sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda faydalı olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar