Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydın Əliyev Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti ilə görüşüb


Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Deyvid Uiddouson arasında görüş keçirilib


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, görüşdə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) prezidenti Deyvid Uiddouson Dövlət Gömrük Komitəsinin dəstəyi, Dövlət Gömrük Komitəsi Akademiyası və İNCU-nun Bakı ofisinin təşkilatçılığı ilə bu ilin iyun ayında  Qəbələ şəhərində “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransının müvəffəqiyyətlə keçirilməsinə görə Aydın Əliyevə təşəkkürünü ifadə edib. İNCU prezidenti gömrük sahəsində ixtisaslaşacaq gənc mütəxəssislərin və tələbələrin məqalə və elmi araşdırmalarının təqdim olunduğu bu səpkili tədbirlərin keçirilməsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin təqdirəlayiq olduğunu bildirib, bu təcrübənin öyrənilərək gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
Görüşdə  Deyvid Uiddouson  gələn il keçiriləcək konfransda iştirak edəcək mütəxəssislərin, alimlərin və tələbələrin siyahısının və konfransın proqramının tərtib olunmasında Azərbaycan Gömrük Xidmətinin dəstək göstərməsi təklifi ilə çıxış edib. Bundan başqa konfransda gənclər tərəfindən təqdim olunan məqalə və elmi araşdırmaların yer alacağı jurnalın təsis edilməsi və bu jurnalın Bakı şəhərində çap olunmasına dair fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar