Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydın Əliyev Ağdaşda ictimaiyyət nümayəndələri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 5-də Ağdaş rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb


 Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
 
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ictimaiyyət nümayəndələri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
 
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın digər bölgələrində olduğu kimi, Ağdaş rayonunda da yeni müəssisələr istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri aparılıb, yaşayış məntəqələrinin böyük hissəsi qazlaşdırılıb, yollar təmir olunub, yeni məktəblər və inzibati binalar tikilib, minlərlə yeni iş yeri yaradılıb.
 
İcra hakimiyyətinin başçısı hazırda rayonda “Türyançay” heyvandarlıq kompleksinin, meyvə emalı zavodunun, “Gilan Holdinq”in yem emalı zavodunun fəaliyyət göstərdiyini, biyan emalı zavodunun inşasının davam etdirildiyini bildirib. Qeyd olunub ki, rayonda “Ağdaş-Pambıq” ATSC, qida məhsulları kombinatı, “Orelay” şirniyyat firması, “FA kom BİCA” MMC, Kükəl kərpic istehsalı zavodu, “Damla” un fabriki, “Arşınmalçı” tikiş-trikotaj müəssisəsi yaradılıb. Həmçinin pambıqtəmizləmə və süd zavodları mövcuddur.
 
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxış edərək, Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu təxirəsalınmaz vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir. Bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir. Gömrük prosedurlarının asanlaşdırılması, şəffaflığın təmin edilməsi, vətəndaşla birbaşa təmasların minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.
 
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı antiböhran tədbirlərindən də danışıb, sahibkarlara tövsiyələrini bildirib.
 
Sahibkarlar Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq işlərində dönüş yaratmağa çalışdıqlarını, yerli bazarı rəqabət qabiliyyətli və daha çox çeşidli məhsullarla təmin etməyi, işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını vurğulayıblar. Onlar öz fəaliyyət sahələri, istehsal etdikləri məhsullar, yaranan yeni imkanlar və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. Həmçinin heyvandarlıq, pambıqçılıq, çəltikçilik və taxılçılığın inkişafı, əkin sahələrinin suvarılması və şoranlaşmış torpaqların yenidən əkinə qaytarılması üçün tədbirlərin görülməsi ilə bağlı təkliflər irəli sürülüb.
 
İctimaiyyət nümayəndələri çıxışlarında son günlərdə maaşların, pensiya və müavinətlərin artırılmasından razılıqlarını ifadə ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalamaqla, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyib. Dünyanın heç bir ölkəsində böhran vəziyyətində maaşların, pensiyaların artırılmasına rast gəlinmir. Çıxışlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
 
Görüşdə Milli Məclisin deputatı Elman Nəsirov iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar