Xəbər xətti

21 FEVRAL

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi

15:53 Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi

15:48 Sosial sığorta üzrə borclu şəxslərin sayı və tənzimlənəcək borcun məbləği açıqlanıb

15:43 Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

15:35 Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

15:30 “Messi və Səddam”

15:23 Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb



MÜSAHİBƏ

...

Ayaz Mütəllibov: “O zaman müxalifətin cəmiyyətdə nüfuzu var idi”

Tarix 12.02.18, 9:27

Font ölçüsü : - / +
bitmap-img6


Eks-prezidentdən Rəsul Quliyevə: “Deyir-desin də...”


Prezident seçkisinin keçirilmə vaxtının önə çəkilməsini normal qarşılayanlardan biri də Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur. “Yeni Müsavat”ın suallarına cavab verərkən o, seçki mövzusu ətrafında dolaşan söz-söhbətlərə münasibət bildirməklə yanaşı, digər məsələlərə də toxundu.

- Ayaz müəllim, prezident seçkisi ilə bağlı verilən qərarı gözləyirdiniz, yoxsa seçkinin irəli çəkilməsi gözlənilməz oldu?

- Yox, o qədər də gözlənilməz olmadı. Çünki bu haqda söhbətlər var idi.

- Eks-prezidentin hər halda məlumat qaynaqları olmamış deyil. Belə demək olarmı ki, bu barədə qabaqcadan informasiyanız olub?

- Düzü, bilmirdim ki, seçki aprel ayında olacaq. Sadəcə, ümid edirdim ki, belə olacaq. Ancaq dəqiqliklə deyə bilməzdim. Cəmiyyətdə müxtəlif söhbətlər gedirdi, ona görə də dəqiq nə isə demək mümkün deyildi. 

Düşündükdən sonra yekun nəticə necə oldu? Yaxud aldığınız məlumatlar nə deyir, seçkinin tarixinin dəyişdirilməsi hansı zərurətdən baş verdi?

- Mən onu dəqiq deyə bilmərəm. Burada təkcə ölkəmizin daxilində gedən proseslərdən söhbət getmir. 

- Bu məsələ ilə bağlı xarici faktorlardan çox danışılır. Siz necə hesab edirsiniz, seçkinin oktyabrda keçirilməsi halında hansı ölkələr təhdidlər yarada bilərdilər?

- Azərbaycanın daxilindəki vəziyyəti nəzərə alanda şəxsən mən ehtiyat hiss etmirdim. Ancaq ümumi analitiklərə istinad etsək, onlar “ola bilər” ifadəsindən istifadə edirlər. Naməlum vəziyyət ola bilərdi. Ancaq dəqiq heç kim nə isə deyə bilməz. Kimsə dəqiq deyə bilməz ki, filan amillərə istinad edərək hansısa qüvvənin Azərbaycana mənfi təsiri ola bilərdi.

- Adətən 2013-cü il seçkisi ərəfəsində baş verənlər xatırlanır. O zaman Rusiya “Milyarderlər ittifaqı”nı yaratdı və hakimiyyətə təzyiq rıçaqlarını işə saldı. Bu mənada Rusiyadan yeni sürprizlər gözləniləndirmi?

- Zənnimcə, yox.

- Hansı əsaslara görə bu qənaətə gəlmisiniz?

- Ümumi analitikaya baxanda Rusiyanın öz dərd-səri var.  Ona görə də elə bir ehtimalım yoxdur.

- Yəni deyirsiniz Qərbin sanksiyaları səbəbindən Rusiyanın başı özünə qarışıb?

- Əlbəttə ki.

- Amma təcrübə göstərir ki, Rusiya təzyiqlərlə üz-üzə qalanda daha da aqressivləşir. Hətta qarşıdakı seçkidən sonra Putinin SSRİ-ni bərpa planını işə salacağı iddiası var...

- Yox, onlar söz-söhbətlərdir. Reallıqda belə şey ola bilməz.

- Vladimir Jirinovski adətən, Kremlin “danışan dili” missiyasını yerinə yetirir. Bu yaxınlarda dedi ki, Qarabağ məsələsinin birdəfəlik həlli Azərbaycan və Ermənistanın Rusiyaya birləşdirilməsindən keçir. Sizcə, bu, hansısa planların anonsu deyil?

- Bu, elə-belə söhbətdir. Reallıqda ola bilməz.

- Lakin başımıza gələn bəlalarda Rusiya faktoru həmişə “rol”unu oynayıb.

- Elə hadisələr olub. Ancaq bu dəfə mən belə düşünmürəm.

- Hazırda Bakı ilə Moskva arasında münasibətlər haqqında nə deyə bilərsiniz?

- Mən əlaqələri müsbət qiymətləndirirəm.

- Ancaq 2 milyondan çox azərbaycanlını öz ətrafında birləşdirən diaspor təşkilatımız ləğv olundu, yenisinin yaradılması məsələsi də uzanır.

- Diaspor təşkilatlında baş verənlər daxili proseslərdən yarandı.

- Nə mənada?

- O mənada ki, bizim diasporumuzun Rusiya dövlətində o qədər də yeri yoxdur. Daxildəki qarşıdurmadan da söhbət gedə bilər. Dəfələrlə deyilib ki, Rusiyanın özündə Azərbaycan diasporunun siyasi məsələlərə təsiri yoxdur. 

“Ümumi söz-söhbətlərdən başqa reallıqda heç nə görmürəm” 

- Buna imkan verməyən qüvvələr hansılardır?

- Onu deyə bilmərəm. Fərasət, aktivlik olmalıdır. Kimin nə fikri var, o, ikinci dərəcəli məsələdir, sən öz işini gör!

- Rusiya siyasi mühitinə yaxından bələd olan təcrübəli siyasətçi kimi yeni diaspor təşkilatını yaratmaq istəyənlərə sözünüz varmı? Nələri etmək lazımdır ki, hansısa qüvvələrin əlinə bəhanə verməyək?

- Bu suala birmənalı cavab vermək çətindir. Gərək işin içində olasan.

- Ayaz müəllim, Azərbaycan müxalifətinin aparıcı təşkilatları seçkini boykot qərarı verdilər. 1992-ci ildə yaxşı tanıdığınız bu qüvvələrin qərarını necə dəyərləndirirsiniz?

- O zaman müxalifətin cəmiyyətdə nüfuzu var idi. Ancaq indi bunu demək çətindir. Müxalifətin indiki çalışmalarında hər hansı bazaya istinad olunmur. Boykot nə deməkdir? Yəni sənin cəmiyyətdəki qüvvən lazımi qədər olsa, onda boykotdan danışa bilərsən.

- Müxalifətin seçkidən imtinası sizcə, beynəlxalq səviyyədə necə qarşılanacaq?

- Heç cür. Bu qərar ciddi reaksiya doğurmayacaq.

- Alternativsiz seçkinin özəllikləri barədə nə demək olar?

- Keçid dövrdə belə seçki rahatdır. Yoxsa xaos, qalmaqal yaratmağa lüzum görmürəm. Əslində belə bir imkan da yoxdur. Arzuolunan idi ki, bütün qüvvələr seçkidə iştirak etsin. Biz bütün dünyaya deməliydik ki, bizdə o qədər də problem yoxdur, olan problemlərimiz də daxili məsələmizdir. Azərbaycanın nüfuzuna gəldikdə, bu mənada narahatlıq yoxdur. Keçmiş illərin təcrübəsinə istinad etsək, müxalifət düşərgəsi müəyyən bazaya söykənməlidir. Artıq elə baza yoxdur.

- Nəyə istinad edərək bunu bəyan edirsiniz?

- Qeyri-real məsələdir. Həmişə deyilib də, “parçala, idarə et!” Biz niyə buna könüllü getməliyik? Gözəçarpacaq dərəcədə müxalifətçiliyin varmı, yoxmu, bu, bir tərəfə, ancaq belə sözlərə nə ehtiyac var? Bununla nə demək istəyirsiniz? Azərbaycanda qeyri-sabitlik var? Azərbaycanda siyasi stabillik mövcuddur. İqtisadi problemlərin həlli ilə bağlı gözəçarpan dərəcədə işlər aparılır, nailiyyətlər də var. İndi bunları demokratiyaya qurban etmək nə qədər doğrudur?

- Heç tərəfdarlarınızdan sizin namizədliyinizi irəli sürmək üçün təşəbbüs göstərən oldumu?

- Xeyr. Mən dəfələrlə demişəm ki, siyasətlə məşğul deyiləm. Öz fikrimi ifadə edə bilərəm, ancaq başqa cür yox.

- Bir ara baş nazir ola biləcəyinizlə bağlı xəbərlər yayıldı...

-Yox, boş söhbətdir, bunlar hamısı uydurma sözlərdir. Kimsə, nə isə deyirsə, durub ona reaksiya verməliyik? Elə şey yoxdur. Yoxdur deyəndə ki, heç olmayıb da.

- Bəs, seçkidə sizin namizədiniz kimdir?

- Mən demişəm, iqtidardan danışanda birinci növbədə İlham Əliyevi nəzərdə tuturam. Seçkilərdə ona səs verəcəyəm.

- Seçkidən sonra hansı addımları gözləyirsiniz?

-Hələlik mən bu suala cavab verməyim. Qoyun seçkilər bitsin. Seçkinin yekunları ilə əlaqədar müəyyən proseslər öz yerini tutacaq. Ancaq hansı həcmdə, hansı istiqamətdə addımlar atılacaq, bunu demək çətindir. Yəqin ki, iqtidarın özündə də, hakim partiyanın namizədi İlham Əliyevin özündə müəyyən təsəvvür var.

- Bu il həm də Cümhuriyyətimizin 100 illiyidir. Seçkiöncəsi Azərbaycanın maraqları baxımından hansı arzu-istəkləriniz var və onların reallaşmasını istəyirsiniz?

- Arzu-istəyim odur ki, Azərbaycanda əmin-amanlıq hökm sürsün, qarşıdurma olmasın, yekdillik olsun, keçid dövrünə aid olan təcrübədən istifadə olunsun və bu stabillik ələlxüsus seçkilər zamanı qorunsun. Azərbaycana paxıllıq edən mənfi qüvvələr az deyil. Onları konkretləşdirməyə ehtiyac yoxdur. Analitiklər istər-istəməz bu fikirlərə istinad edirlər. Ancaq biz imkan verməməliyik ki, Azərbaycanın daxilində qarşıdurma baş versin. Bunun zərərdən başqa, heç bir xeyri ola bilməz.

- Eks-prezident kimi yəqin ki, Cümhuriyyət tədbrlərinə dəvət gözləyirsiniz, eləmi?

- (Pauzadan sonra) Görək.

- İndiyədək eks-prezident statusunda dövlət tədbirlərində iştirak etmisiniz?

- Xeyr.

- Dəvət almamısınız, yoxsa getməmisiniz?

- Yox, belə söhbət olmayıb.

- Türkiyədə ənənə var ki, milli bayramlarda keçmiş-indiki məmur, dövlət başçısı, iqtidar-müxalifət fərqi qoyulmur. Bu ənənəni necə qarşılayırsınız?

“Mən dəfələrlə demişəm ki, siyasətlə məşğul deyiləm”

- Müsbət qarşılayıram.

- Bu il iki mərhum sabiq prezidentin - Heydər Əliyevin və Əbülfəz Elçibəyin yubileyi keçiriləcək. Hər iki düşərgədən tədbir gəlsə, tədbirlərdə iştirak edəcəksiniz?

- Dəvət gəlsə, düşünərik. Niyə iştirak etməyək? Heydər Əliyevin ad-sanı indinin özündə də dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Onun prezidentliyinin düşdüyü qalmaqallı dövr hamımızın yadındadır. Onun bu dövrdən ustalıqla, siyasi müdrikliklə çıxması da göz qabağındadır. Başqa qiymət vermək olmaz.

- Bəs, Elçibəyin yubileyində iştirak edərsinizmi?

- Yox, mən hələ bu haqda düşünmürəm.

- Ayaz müəllim, yəqin Qarabağla bağlı gedişatı da izləyirsiniz. ATƏT-in müşahidəçilərinin sayının artırılması sizcə, nə verəcək?

- Məsələlər müşahidəçilərdən asılı deyil.

- Bu, status-kvonun saxlanması üçün düşünülmüş oyun ola bilərmi?

- Nə bilim, vallah. Bəlkə kiminsə fikrində belə şey var. Ümumi söz-söhbətlərdən başqa reallıqda heç nə görmürəm.

- Ermənistanın hakim partiyasının prezidentliyə namizədi qanunsuz olaraq Qarabağa gəldi, separatçılarla görüşdü. Güman ki, növbəti prezident olacaq. Necə bilirsiniz,belə bir adamla danışıqların nəticəsi ola bilərmi?

- Zənnimcə, nəticə mümkün deyil. Hələ ki, real olaraq bir nəticə gözləmirəm.

- Seçkidən sonra hərbi əməliyyatların başlayacağı barədə ehtimallar necə, real görünürmü?

- Heç nə olmayacaq. Mən deyilən tərzdə heç nə gözləmirəm.

- Əgər Azərbaycanla Rusiya arasında siz deyən kimi, münasibətlər normaldırsa, məntiqlə şimal qonşumuzun “zərərsizləşdirilməsi” halında torpaqları azad etmək üçün yaxşı fürsət düşüb. Elə deyil?

- Dəqiq nə isə demək olmaz.

- Amma sizin dövrdə Çaykənd əməliyyatı keçirilərkən hətta rus qoşunları ölkəmizdə idi...

- O dövr başqa idi. O zaman imkan var idi. Mən də həmişə deyirdim ki, bu qondarma problem yaranmış vəziyyətə uyğun olaraq öz yerini tapa bilər. Ancaq indi elə bir şərait yoxdur. Düzdür, Azərbaycanın hərbi əməliyyat keçirməyə haqqı var. Dağlıq Qarabağ bizim torpaqlarımızdır.

- Bəs, elə isə əməliyyatlar niyə keçirilmir?

- Mən bu sualı cavablandıra bilmərəm. Bu, ciddi məsələdir. Hamı bununla məşğul olmalıdır. Götür-qoy etmək lazımdır. İctimai fikri də nəzərə almalıyıq. Amma güman edirəm ki, bu haqda düşünənlər də var. İqtidar sahiblərindən söhbət gedir. 2016-cı ilin aprel əməliyyatlarını nəzərə alsaq, biz o zaman öz gücümüzü layiqincə göstərdik. Beynəlxalq qanunlara görə də bizim tam ixtiyarımız var ki, dediyimiz istiqamətdə bu problemi həll edək. Əlbəttə ki, Qərbin özündə də alqışlayan az olacaq. Çünki bu vaxta qədər siyasi yolla, dinc danışıqlara, masa arxasında oturmağa çağırıblar. Ancaq faktiki olaraq Azərbaycan torpaqları bu vaxta qədər işğal altındadır. Biz nə vaxta qədər bu vəziyyətin şahid olacağıq? Ancaq eyni zamanda bu məsələyə gözüyumulu şəraitdə yanaşma olmaz, bu, ciddi məsələdir.

- Keçən söhbətimizdə demişdiniz ki, müraciət olsa, Elçibəyin ailə üzvləri ilə görüşərsiniz. Sizə müraciət oldumu?

- Xeyr.

- Seçkiqabağı amnistiya təşəbbüsləri də səslənir, yəqin oxuyubsunuz bu haqda.

-Bəli. Yaxşı təşəbbüsdür. Bu, humanitar addımdır, buna getmək lazımdır.   

-Eks-spiker Rəsul Quliyev iqtidarla yanaşı, müxalifəti də kəskin tənqid edir.

- Mən xaricdən səslənən bu cür çıxışlara əsas görmürəm.

- Rəsul Quliyevi yaxından tanıyırsınızmı?

- Yox. Mən onunla işləməmişəm.

- Çox iddialıdır. Xalqın onu dəstəkləyəcəyini, prezident olmaq üçün şansının olduğunu deyir...

- Əşi, indi deyir-desin də.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru