Xəbər xətti

25 MAY

9:04 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoyub

9:00 Əfv sərəncamının icrasına başlanılıb

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro



MÜSAHİBƏ

...

Ayaz Mütəllibov: “Mən uşaq-zad deyiləm ki...”

Tarix 09.09.17, 10:13

Font ölçüsü : - / +
bitmap-img6

“Elə Sorosun özü korrupsioner adamdır”


Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun adı ətrafında yenə də mətbuat müzakirələri gedir. 

Bəzi mənbələrin iddiasına görə, eks-prezident və tərəfdaşları yenidən revanş götürüb və 2018-ci ilə hazırlaşırlar. Hətta Ayaz Mütəllibovun baş nazir olacağı barədə məlumatlar var.

PİA.AZ bildirir ki,  “Yeni Müsavat” ondan digər aktual məsələlərə də münasibət öyrənib.

- Ayaz müəllim, Azərbaycan və Ermənistanın dini liderlərinin görüşündən sonra Qarabağla bağlı hansısa pozitiv addımların atılacağını gözləməyə dəyərmi?

- (suala sualla cavab verir) Şeyxüilislam məgər indiyədək Qareginlə görüşməyib? İndiki situasiya da əvvəlkilərdən heç nə ilə fərqlənmir. Protokol üçün bir-iki söz deyiləcək. Ancaq hansısa irəliləyiş gözləmək mümkün deyil.

- Yəni deyirsiniz siyasətçilərin uğur əldə edə bilmədiyi halda, dini liderlərin hansısa uğuru mümkünsüzdür, eləmi?

- Bəli. Çünki bu, artıq beynəlxalq miqyaslı bir problemdir və çalışmalara baxmayaraq, bu vaxta qədər öz həllini tapmayıb. Ona görə də mən belə görüşlərə də ümid bəsləmirəm.

- Necə bilirsiniz, Rusiyanın marağı nədən ibarətdir ki, belə əhəmiyyətsiz görüşlərin təşəbbüskarı qismində çıxış edir?

- Sadəcə növbətçi görüşdür, protokol mənasında. Çünki Rusiyanın özü də bu məsələnin həll yolunu tapa bilmir, iki daş arasında - Azərbaycanla Ermənistanın arasında qalıb. Ruslar istərdilər ki, masa arxasında görüşün nəticəsində iki ölkə rəhbərliyi görüşüb bir qərara gəlsinlər. Ancaq problem keçmiş sovet məkanından kənara çıxıb.

- Bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov qəribə görünsə də, Qarabağ məsələsinin həll olunmamasına görə Qərbi günahlandırdı. Ancaq bu faktdır ki, postsovet məkanındakı münaqişələrdə gərginliyi tətikləyən Kreml olub. Razılaşırsınızmı?

- Yox. O cür də demək olmaz. Rəvayətə görə, o şəkildə deyilə bilər, ancaq həqiqətdə belə deyil. Vaxtilə Rusiyanın məsələni həll etməyə imkanı var idi. Məsələn, Qorbaçovla danışdıq, onun əmri ilə Çaykənd əməliyyatını keçirdik. Heç olmasa, indi Çaykəndin özündə və bəzi digər kəndlərdə Azərbaycan qaçqınları yaşayır. Dediyim odur ki, ruslarla söhbət aparmaq qabiliyyəti də olmalıdır. Sadəcə, onların maraqları var. Sən onların maraqlarına yiyə dursan, onlar da sənin marağına yiyə durar. Bunu da biz Çaykənd əməliyyatında göstərdik. Biz o ucqar kəndləri özümüz, texnikasız-zadsız yaraqlılardan xilas edə bilərdikmi? Yox. Ordunun vasitəsilə etdik.

- Sözünüzdən belə çıxmırmı ki, sonrakı proseslərdə Rusiya ordusunun Azərbaycandan çıxarılmasını sinirə bilmədiyi üçün Azərbaycan ərazilərinin işğalında ermənilər daha ciddi dəstək verdi?

- Bu cür məsələlər məxfi qalır. Ona görə konkret nəsə demək mümkün deyil. Ancaq hər kəsin öz niyyəti var, niyyət baş tutmayanda inciklik də əmələ gəlir.

- Ayaz müəllim, bu gün Ermənistan birmənalı şəkildə Rusiyanın himayəsinə sığınıb. Hətta NATO ilə planlaşdırılan hərbi təlimlərdən də son anda imtina edərək Rusiyanın hərbi təlimlərinə qatıldı. Nə baş verdi?

- Başa saldılar da.

- Soçidə?

- Bəli.

- İrəvan doğrudan Qərbyönümlü kurs yürütmək istəyirdi, yoxsa sadəcə Rusiyanı şantaj məqsədilə manevr idi?

- Şantaj mənasında qiymətləndirmək olar.

- Qarabağ separatçıları növbəti “prezident seçkisi”ni rəsmiləşdirdilər, “inaqurasiya” adlı şou düzənləndi, ondan əvvəl “müstəqillik günü” qeyd olundu. Buna Bakının cavabı nə olmalıdır?

- Nə deyim vallah.

- Hər halda sizin böyük təcrübəniz var. Cavabınız olmamış deyil. Serj Sərkisyanın Qarabağa növbəti səfəri oldu, Ağdərəyə Ermənistandan ikinci yol açıldı. Bütün bunların qarşılığında təklif olunur ki, Azərbaycan ordusu Ermənistan prezidentinin vertolyotunu vura bilər. Zamanında Ermənistan elə sizin komanda üzvlərini daşıyan vertolyotu Qarakənd səmasında vurmuşdu. Bu gün Bakı belə bir addım ata bilərmi?

- İndiki zamanda mən vəziyyəti o səviyyəyə qaldırmaqdan imtina edərdim, bu varianta getməzdim. Bu, xeyir verən əməliyyat olmayacaq. Siyasi addımlar atılmalı, siyasi məna daşıyan danışıqlar aparılmalıdır.

- Növbəti danışıqlar ərəfəsində Ermənistan yenə də saymazlıq və həyasızlıq nümayiş etdirirsə, onda necə?

- Ermənistan Rusiyaya istinad edərək bu addımları atır. Oyundur da. Əgər Rusiya deyibsə ki, NATO ilə birgə təlimləri ixtisara salın, bunlar da qarşılığında deyirlər siz də bizə imkan yaradın, Qarabağa gediş-gəliş olsun. Yəni alver kimi şeydir.

- Sərksiyan, Karapetyan, Nalbəndyan istədikləri vaxt Qarabağa gəlib-gedirlər, biz də müşahidə edirik. Azərbaycan nə vaxta qədər bu prosesə seyrçi qalmalıdır? Deyirsiniz, kəskin cavab Azərbaycana başağrısı gətirər?

- Mən konkret olaraq bu barədə heç nə deyə bilmərəm, çünki ali rəhbərliyin işidir. Ancaq o da var ki, biz bir tərəfdən mülki şəxslərə, artistlərə irad tuturuq, digər tərəfdən də siyasilər vəziyyətdən sui-istifadə edərək Azərbaycan tərəfini qıcıqlandırırlar. Biz də dözməli oluruq. Böyük siyasətdə dözmək lazım gəlir, bu da bir alətdir.

- Belə görünür ki, Rusiyanın Azərbaycan qarşısında qoyduğu şərtlər hələ də qüvvədədir. Yəni Bakı Moskvanın layihələrində yer almaqla hansısa rayonların boşaldılmasına nail ola bilər?

- Bəli. Ümumiyyətlə, dünyada gedən proseslər çox ciddidir. Birmənalı olaraq nəyisə xarakterizə etmək mümkün deyil.

- Son vaxtlar erməni əsilli Sergey Lavrovun XİN rəhbəri vəzifəsindən azad olunacağı barədə xəbərlər yayılır. Bu baş versə, Moskva Qarabağla bağlı siyasətini dəyişə bilərmi?

“Prosesləri izləyirsən, bilmirsən kimə inanasan, kimin arxasınca gedəsən, kimin məsləhəti ilə oturub-durasan”

- Ola bilər.

- Ayaz müəllim, Qərb mediasında Azərbaycanla bağlı materialların dərci ətrafında geniş müzakirələr gedir. Qərb dövlətlərinin Azərbaycandakı 2018-ci il seçkiləri ilə bağlı hansısa layihəsi ola bilərmi?

- Mənim Corc Sorosa inamım yoxdur. Bütün postsovet ölkələrində baş verən əngəllərin müəllifi odur. Azərbaycana qarşı onun münasibəti nümayişkaranə şəkildə mənfidir. İndi bunlar meydana çıxıbsa, yəqin yenə nə isə var. Təzyiq mənasında... Çünki artıq Corc Soros Qərbin özündə də ifşa olunub. Bizimkilər yaxşı cavab veriblər.

- Azərbaycanı korrupsiyada günahlandırıblar. Bu ittihamlar haqda nə deyə bilərsiniz?

- Geniş mənada elə Sorosun özü korrupsioner adamdır. Elə o pulun gücünə siyasətlə məşğul olur. Deyilir ki, guya bu, ermənilərin işidir. Ancaq mən inanmıram ki, belədir. Yəqin Qərbin maraqları var. Çünki Qərb də istəyir bütün münaqişələrdə sözü keçsin, rəyi olsun. Bu mənada Soros yenə meydana düşüb. Qərbin niyyətləri var və böyük siyasətdə bu, təbiidir, olmalıdır.

- Belə demək olarmı ki, Azərbaycan uğrunda həm Qərb, həm də Rusiyanın mübarizəsi başlayıb?

- Ola bilər.

- Bu günlərdə rezonans doğuran bir məlumat da sizinlə bağlı idi. Mətbuat yazdı ki, 2018-ci il prezident seçkilərindən sonra Ayaz Mütəllibov baş nazir postuna gətiriləcək və artıq tərəfdarları bununla bağlı hərəkətə keçib. Siz bununla bağlı mətbuata verdiyiniz qısa açıqlamadan əlavə nə deyə bilərsiniz?

- Mən fikrimi dedim. Bunlar əsassız söz-söhbətlərdir.

- Tərəfdarlarınızdan sizinlə görüşüb bu barədə təklif edənlər olubmu? Yaxud iqtidar düşərgəsindən...

- Yox, siz nə danışırsınız? Mən uşaq-zad deyiləm ki. Elə şey yoxdur.

- Yəni artıq sizin heç bir kürsüyə iddianız yoxdur?

- Yox, yoxdur. Mən bunu dəfələrlə demişəm, yenə deyirəm. İndi nə olub, bu haqda danışanın canına vəlvələ düşüb? Bunlar gülünc məsələlərdir. Ayaz Mütəllibova siyasət, yaxud vətənə xidmət haramdır? Mən heç ondan da danışmıram. Kimsə nəsə deyib, indi deyirlər gəl buna cavab ver. Çox qəribə məsələdir.

- Bir ara keçmiş tərəfdarınız Hacı Əbdül də sizi möhkəm tənqid eləmişdi...

- Mən buna normal baxıram. Siyasətdir də (gülür).

- Dediklərinzidən belə çıxır ki, keçmiş müttəfiqlərinizdən, müdafiəçilərinizdən heç kəs sizinlə görüşmür?

- Yox, yox. Mənəm, ailəmdir, bir də internet. Lazım gələndə xəbərləri oxuyuram.

- Sentyabrın ikinci yarısında Qarabağla bağlı daha bir görüş BMT Baş Assambleyasında olacaq. Həmin görüşdən nə gözləmək olar?

- Sözün doğrusu, heç nə gözləmirəm. Bilirsizniz, naməlum dünya formalaşıb. Prosesləri izləyirsən, bilmirsən kimə inanasan, kimin arxasınca gedəsən, kimin məsləhəti ilə oturub-durasan. Böyük ölkələrin rəhbərləri, vallah, hərdən özlərini uşaq kimi aparırlar.

- Bu günlərdə ABŞ Konqresinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan 907-ci düzəliş yenidən gündəmə gəlib. Siz də o fikirdəsinizmi ki, o zaman sanksiayalar Ermənistana qarşı olsaydı, ərazilər işğaldan azad olunar, münaqişə həllini tapardı?

- Əlbəttə. Onu da demək lazımdır ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi məsələsində bu vaxta qədər Qərbin rolu olmayıb. Bunlar belədirlər də, çağırırlar ki, gəlin, bizimlə əməkdaşlıq edin, sonra hər şeyi unudurlar. Azərbaycanın hansı günahı var ki, bu vaxta qədər 907-ci əlavəni ləğv etmirlər, yaxud bizi humanitar yardımlardan məhrum edirlər?

- Ermənistan Qarabağda məskunlaşmanı davam etdirir, layihələr həyata keçirir. Bütün bunlar isə Azərbaycanı müharibəyə təhrik etməkdir.

- Təbii ki, bizi vadar edirlər. Hansısa alternativ tədbirlərə hazırlıq işlərini aparmalıyıq.

- Alternativlərdən biri kimi Türkiyə-Azərbaycan hərbi müttəfiqliyindən danışılır. Siz bu barədə nə fikirdəsiniz?

- Türkiyənin özünün də vəziyyəti o qədər rahat deyil, Türkiyədə problemlər var. İndi Türkiyə Qarabağ mövzusunu hansı dərəcədə müzakirə edə bilər, mən bunu deyə bilmərəm. Çünki ermənilərlə də türklər arasında siyasi nöqteyi-nəzərdən hərdənbir anlaşmalar baş verir. Amma köklü surətdə mən güman etmirəm ki, Türkiyə Ermənistana heç olmasa dildə hücum etsin. Ehtiyatla yanaşırlar. Çünki Ermənistanın nəyi vardırsa, nəyi yoxdursa da, lobbiçilikdə bunlar ustadırlar, xüsusilə də Qərbdə. Bundan da çox səmərəli şəkildə istifadə edirlər. Elə ABŞ Konqresinin özündə.

- Bir məsələyə də münasibət bildirməyinizi istərdim. Mehman Əliyev “Turan” İnformasiya Agentliyini hələ sizin hakimiyyətdə olduğunuz illərdə yaratmışdı. Bir müddət əvvəl onun həbs edilməsini necə qarşıladınız? Mehman Əliyevi necə tanıyırsınız, nə vaxtsa təmasda olmusunuzmu?

- Yox, nə o zaman, nə ondan sonra mən bu adamla heç vaxt görüşməmişəm. Heç telefon vasitəsilə də əlaqəmiz olmayıb. Mən ümumiyyətlə, həbsə fərqli baxıram. Həbs son qərardır. Həbs qərarının iki tərəfi olur: xeyirli, xeyirsiz. Mən güman edirəm ki, bu məsələdə araşdırmalar gedəcək. Eşitdiyimə görə, Qərb onu dəstəkləyir, müəyyən addımlar atırlar. Ona görə də məsələni o səviyyəyə çatdırmaq olmaz.

- Yəni məsələni daxildə həll etmək lazımdır?

- Hə də. Həbssiz də araşdırmalar aparmaq olar...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru