Xəbər xətti

20 APREL

0:59 “İstanbullu gəlin”də gözlənilməz ayrılıq

0:47 “Milan”ı UEFA-dan cəza gözləyir

0:34 “WhatsApp” qrup idarəçilərinə əlavə səlahiyyət verildi

0:21 PSJ özünə Çindən tərəfdaş tapdı

0:13 “Amazon” şirkəti öz brauzerini təqdim etdi

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 APREL

23:59 Erməni əsgərləri maykasız və tumansızdır-Paşinyan ordunu ifşa etdi

23:56 Lənkəranda evdə partlayış: ağır yaralı var

23:54 Müxalifətdən erməni prezidentin dialoq təklifinə reaksiya-şərt var

23:48 Cəlilabadda kütləvi dava baş verib

23:42 Bakıda canavar itləri parçaladı - Video

23:36 Quba rayonunda zəlzələ olub

23:30 Ermənistan müxalifəti yenidən Yerevan küçələrini bağlayacaq

23:24 Özü-özünü bıçaqladı

23:18 Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi

23:12 Tanınmış cərrahdan tibb sektorunu silkələyəcək açıqlamalar

23:06 “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

23:00 Ermənistan müxalifəti məmurları aksiyalara cağırdı

22:55 İraq Suriyanı bombaladı

22:49 Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

22:46 “RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı - Video

22:43 Yaponiya Rusiyadan 4 adanı tələb edir

22:37 Dünyanın ilk ticarət “hyperloop” xətti çəkilir

22:31 Rusiya milyarderi arasında azərbaycanlılar da var

22:25 Xəstə özünü 6-cı mərtəbədən atdı - Video

22:19 ATƏT-in Daimi Şurasında DTİHB-nin hesabatına etiraz edildi

22:13 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

22:07 Mafioz həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu

22:01 Türkiyədə iki deputatın mandatı əlindən alındı

21:56 “Koroğlu”nun qarşısını kəsən əjdahanın sonu çatır - Fotolar

21:50 Kann festivalı bu filmlə bağlanacaq

21:44 Çaylarda biogen maddələr normadan artıqdır

21:38 Sumqayıtda mənzildə yaşlı qadın meyiti aşkar olunub

21:32 “Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”



MÜSAHİBƏ

...

Ayaz Mütəllibov: “Bəxtiyar Vahabzadə dedi, kaş öz dövlətimizi təmsil edəydik”

Tarix 06.11.17, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az “İşdən kənar” layihəsindən eks prezident Ayaz Mütyəllibovla müsahibəni təqdim edir:


Layihədə müxtəlif peşə sahiblərindən ədəbiyyatla bağlı söhbətlər aparılır.
 
- Ayaz müəllim, ədəbiyyatı cəmiyyətin hansı hissəsində və nə dərəcədə əhəmiyyətli görürsünüz?
 
- Mənim fikrimcə, ədəbiyyatın cəmiyyətdəki əhəmiyyəti və rolu ölkənin yaşadığı tarixi dövr və yazıçı sözünə tələbatın  artması ilə əlaqəli şəkildə müəyyən olunur. Bu baxımdan konkret bir dövr üçün ədiblər və yazıçıların oxucu auditoriyasına  müraciət forması böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin müasir tarixi dövrü nə qədər dramatik cərəyan edirsə, yazıçının sözü də bir o qədər cürətli və prinsipal olmalıdır. Dövrün drammatizmi ilə əhatə olunmuş yazıçı sözü oxucuların, həyatları ağır və taleyüklü sınaqlara məruz qalmış insanların qəlblərinin  dərinliklərinə yol tapmalıdır. Məhz tarixin bu anında, əsasını yaradıcı zıyalılar, vətənpərvər gənclik, ölkənin gənc nəslini tərbiyə edəcək müəllimlər  ordusu təşkil edən və yazıçılara, yaradıcı zıyalılara arxalnan milli elita formalaşmalıdır.
 
- Oxuduğunuz məşhur şeir, hekayə və romanlardan nələri xatırlayırsınız?
 
- Ədəbiyyata münasibətim hələ məktəb illərində kitab oxumağa həvəsimdən irəli gəlirdi. Maraq dairəmə həm ədəbiyyatın proza janrı, həm də poeziya  daxildir, baxmayaraq ki, prozaya daha çox üstünlük verirəm. Ola bilsin proza janrında  metaforalar, bənzətmələr poeziyaya nisbətən daha azdır. Bu baxımdan Puşkinin və Mayakovskinin şeirlərindəki fərqi nümunə kimi göstəmək olar. Düşünürəm ki, Azərbaycan ədəbiyyatında da belə fərqlər  mövcüddur. Azərbaycan şairlərindən Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini nümunəvi əsərlər kimi göstərmək olar. Misal üçün, öz həyat yoldaşına həsr etdiyi şeiri...
 
- Ümumilikdə rus ədəbiyyatına münasibətiniz necədir?
 
- Sizin sadaladığınız rus klassik ədəbiyyatı müəllifləri bütün dünya miqyasında tanınmış və çox oxunan yazıçılardır. Nəinki rusdilli, hətta Qərb oxucuları arasında tanınan məhşur simalardır. Qeyd etdiyim kimi, mən rus dilində təhsil aldığıma görə, rus klassiklərinin əsərləri ilə yaxından tanışam. Bu əsərlər mənə nə verib? Çox şey! Hər şeydən qabaq,öz biliklərimi, dünyagörüşümü artırırdım. Rus klassiklərinin əsərlərində həyat bütün çalarları ilə əks olunur. Bu əsərlərdə istedadlı yazıçıların rəngarəng bədii palitrası öz əksini tapıb. Rus dilini bilməyin vacib xüsusiyyətləri onunla əsaslanır ki, bu dili bilən insan dünya mədəniyyətinin, elminin, incəsənətinin və iqtisadiyyatının xəzinələrinə yol tapır. Məhz rus dilini bilməyimiz biz azərbaycanlılara dünyanı bütün rəngarəngliyi ilə dərk etməyə yardım edir. Bu xüsusiyyət mənə minlərlə azərbaycanlı kimi dunya elminin bütün nailiyyətlərindən istifadə etmək fürsəti yaradıb. Dünya yazıçılarından Teodor Drayzer, Mark Tven, Kuper, Erix Mariya Remark, Qolsuorsi, Çarlz Dikkens və başqalarının əsərlərini oxumaq imkanı verib.
 
- Azərbaycan ədəbiyyatından kimlər var maraq dairənizdə? Misal üçün, Nziami haqqında nə danışa bilərsiniz?
 
- Ölməz şərq ədəbiyyatı müəllifləri Nizami, Füzuli, Nəsimi, Xaqani, Xətai, Sabir, Seyid Əzim Şirvani və başqaları bütün həmvətənlərimizə əziz olduğu kimi, mənə də əzizdir. Şərq ədəbiyyatı dahiləri kimi onların əsərləri əbədi olaraq milli poeziyamızın tarixinə yazılıb. Bir çox əsərləri maarifləndirmə baxımından çox qiymətlidir.
 
- Doğulduğunuz Şamaxı bölgəsi əsasən şairlər yurdu kimi tanınır. Nəsimi, Hadi, Sabir, Xaqani, Seyid Əzim... Bunlardan nə oxumusunuz, nə bəyənmisiniz?
 
- Sabiri çox oxumuşam. Hətta Sabirin və Seyid Əzim Şirvaninin seirlərindən birində babam Məşədi Əşrəfin adı yad edilib. Sabirin “Fəhlə” şeirini əzbərdən bilirəm.
 
- Başqa şeir bilirsiniz?
 
- “Azərbaycan” şeiri... El bilir ki, sən mənimsən, yurdum, yuvam məskənimsən...
 
- Şair, yazıçı, ümumən mədəniyyət xadimlərindən kiminlə dostluğunuz olub? Xatirələriniz varmı?
 
- Bir çox yazıçı, incəsənət xadimi, ziyalıları şəxsən tanıyırdım. Amma yaxın dostluğum olmayıb. Sadəcə olaraq qarşılaşdığım şəxslərə munasibətim həmişə yaxşı olub. Misal üçün, bir dəfə Nərimanov partiya komitəsində Bəxtiyar Vahabzadə ilə rastlaşdım. O, hansısa bir xahişlə birinci katibin yanına gəlmişdi. Katib Nəcməddin Əhmədovu tapmayıb mənim yanıma gəldi. O vaxt mən ikinci katib işləyirdim. Sohbət etdik, onunla ünsiyyət saxlamaq çox maraqlı idi. Həm də Vahabzadə yumor hissinə malik bir insan idi. Sohbət əsnasında mənə öz şeirlərinin rus dilində nəşr edilmiş kitabını bağişladı. Evdə oxudum, çox bəyəndim. Ən çox xoşuma gələn şairin həyat yoldaşına həsr etdiyi şeir idi. Məzmunu təxminən belə idi: Süfrə arxasında oturmağa macal tapmamiş, süfrəni yiğışdırdılar.
 
Həmin görüşdə bir fikri şairlə bölüşdüm. Ona bildirdim ki, şeirlərində bir lirika var və musiqi ilə uyğun qəlir. Mən əmin idim ki, Bəxtiyarın şeirlərinin rus variantına bəstələnmiş mahnılar Rəsul Həmzətovun əsərlərindən heç də geri qalmaz. O vaxt bir çox milli şairlər öz şeirlərini rus dilinə tərcümə etdirirdilər və sonradan onlara mahnılar bəstələnirdi. Bu heç də milli dilin sixişdırılması deyildi, əksinə bu üsulla Azərbaycanın milli yaradıcı insanlarının nailiyyətlərini həm doğma dildə, həm rus dilində tanıtdırmaq, təbliğ etmək olardı. Misal üçün hansı rusdilli oxucu Həmzətovun əsərlərini avar dilində başa düşərdi? Rəsul Həmzətovu rus tərcüməçiləri və bəstəkarları məşhur etmişdi. Mən bu yerdə sözləri Həmzətovun, musiqisi Mark Fradkinin “Letyat juravli” əsərini misal qətirdim. Bu zaman Vahabzadə ozünəməxsus yumorla cavab verdi: “Bilirsən, yaxşı rus tərcüməçiləri nə qədər araq içir? Mən bu ariq canımla onlarla yarışa bilmərəm”. Dedim, sən içmə, bizim rayonda iki şərab zavodu var. Nə qədər istəyirlər verək içsinlər, təki sən bizi “Letyat Juravli” mahnısı kimi əsərlərlə sevindir.
 
Şairlə başqa bir dialoq Türkiyəyə səfər zamanı olmuşdu. Bəxtiyar da məni müşayət edən böyük numayəndə heyətinin tərkibində idi. Bizim heyətin hərarətlə qarşılanmasından təsirlənən şair dedi: “Kaş biz öz müstəqil dövlətimizi təmsil edəydik” Cavab verdim ki, darixma, gün qələr bunu da görərik! O vaxt mən Nazirlər Kabinetinin sədri idim.
 
- Dövlət rəhbəri, ictimai-siyasi xadim kimi hər hansı qərarı verəndə ədəbiyyatın sizə bir təsiri olubmu? Humanizm anlamında, sülhü seçmək anlamında, intriqalardan qaçmaq anlamında...   
 
- Mən ədalət məfhumuna çox diqqətlə yanaşıram. Bu mənim üçün ən yüksək anlayışdır! Ədalət gec-tez qalib gəlir, baxmayaraq ki, hərdən buna illər lazım qəlir. Çox az zaman rəhbərliyim dövründə mən həmişə ictimai-siyasi prosesləri motivə edən xeyir-şər məfhumları arasında həyat təcrübələrimi rəhbər tutmuşam. Əlbəttdə dövlət institutlarının fəaliyyətində belə qarşıdurma mövcuddur və bundan da dövlət başçısının qəbul etdiyi qərarlar formalaşır. Hər bir hökumət subyekti dövlətin idarə olunmasında öz iştirakına görə məsuliyyət daşıyır. Qərarların qəbul olunmasında yazıçılar da təkliflərinin çatdırılması üçün öz üsullarından və hüquqlarından istifadə etməlidir. Dövlət öz növbəsində yaradıcı birliklərin fəaliyyətinə mudaxilə etməməlidir.
 
- Misal üçün, müstəqillik aktına imza atma qərarınızda ədəbiyyatın hər hansı rolu oldumu?
 
- Belə bir vacib sənədin imzalanması, Azərbaycan vətəndaşlarının öz fikirlərini müstəqil şəkildə bildirməsinin nəticəsidir. Onların içində ədiblər, yazıçılar, incəsənət xadimləri və digər peşə sahibləri də var idi.
 
- Respublikamızın rəhbəri olduğunuz müddətdə ədəbiyyat və mədəniyyət üçün etdiyiniz hansı işlər yadınızdadır? 
 
- Təəsüf olsun ki, mənim ölkəyə rəhbərliyim xüsusi bir dövrə təsadüf etdi. Çox gərgin bir vəziyyət yaranmışdı, ölkənin və xalqın taleyində olduqca təhlükəli bir vəziyyət vardı. Bildiyimiz kimi, vətənimiz xain qonşular tərəfindən təcavüzə məruz qalmışdır. Buna görə də vaxtımın çox hissəsini bu problemin həllinə yönəltmişdim. Yazıçıların problemləri ilə Yazıçılar Birliyi məşğul olurdu. Bir dəfə xəbər tutdum ki, şair Məmməd Araz yaşının keçməsinə və xeyli tanınmış şair olmasına baxmayaraq hələ də Xalq şairi adına layiq görülməyib. Qərara gəldimki bu işi aydınlaşdırım, çünki bu münasibəti tanınmış sənətkara qarşı haqqsızlıq hesab edirdim. Adətən bu məsələlərlə şəxsən məşğul olmurdum, bu Yazıçılar Birliyinin səlahiyyətlərinə daxil olan məsələ idi. Buna görə ilk növbədə Birliyin o vaxtki sədri NəbiXəzrinin fikrini öyrənmək istədim. Mənim Məmməd Araz barədə təklifimi Nəbi Xəzri çox müsbət qarşıladı. Onda mən soruşdum ki, niyə görə istedadlı,eyni zamanda təvazökar bir insan olan Məmməd Araz diqqətdən kənarda qalıb? Nəbi Xəzri mənim sualıma cavab verə bilmədi. Bununla da Məmməd Araz barədə ədalət bərpa edildi və o, yüksək mükafata təgdim olundu.
 
- Sizcə, rəhbər və yazıçı münasibətləri necə olmalıdır? Bildiyiniz kimi, zaman-zaman bu münasibətlər həm ədəbiyyat, həm cəmiyyət üçün maraqlı mövzu olub.   
 
- Sizin sualınızdakı hər iki tərəf öhdələrinə düşən işlə məşğul olsa yaxşıdır və bir-birilərinə mane olmamalıdırlar. Amma bu o demək deyil ki,vətəndaşların öz fikirlırini bildirməyi məhdudlaşdırılmalıdır, əksinə hər bir konstruktiv təklifin açıq şəkildə bildirilməsi üçün lazımi şərait yaradılmalıdır. Bunu bilmək vacibdir ki, konstruktivizm, cəmiyyət üçün ziyanlı vərdiş yaradan radikallaşmanın neytrallaşdırılmasında olduqca əhəmiyyətlidir. Bu disputu demokratiyanın bir elementi kimi qəbul etmək olar.
 
- Sizcə, mədəniyyətə dövlətin dəstəyi necə olmalıdır? Təbii ki, demokratik cəmiyyətdə...
 
- Demokratik dəyişikliklərə dövlət dəstəyi, demokratik cəmiyyətin dəyərli göstəricilərini müəyyən edən, demokratiyanın əsasını təşkil edən prinsiplərin vicdanlı şəkildə həyata keçirilməsində ifadə olunmalıdır. Milli elitanın demokratik reformaların təbliğindəki rolu və əhəmiyyəti olduqca vacibdir. Onların əhəmiyyəti, demokratik dəyişiklərin inkişafı kimi zəruri bir proses qədər əhəmiyyətə malikdir. Bizim tərəfimizdən qəbul edilmiş demokratik cəmiyyətin zəruriliyi məcbur edir ki, dəyişikliklərə getmək üçün tək deklotrativ qərarlarla kifayətlənməyək, eyni zamanda real şəkildə dövlətin demokratik islahatlarına nail olaq. Bu yolda yaradıcı ziyalılar, o cümlədən onun ədəbi avanqardı sayılan yazıçılar vacib rol oynayır.
 
- Ədəbiyyat üzrə Nobel alan yazıçıları izləyirsinizmi? Bu məsələ nə qədər maraq dairənizdədir?
 
- Nobel alan yazıçıları izləmirəm, amma bir neçəsini tanıyıram. Nobel ilk dəfə 1901-ci ildə təqdim olunub. Nobelı alanlanlardan rus dilli yazıçılar Soljenisını, Pasternakı, Şoloxovu, Brodskini, türk yazıçı Orxan Pamuku, eyni zamanda Heminqueyi və Uinston Çerçillin adını çəkə bilərəm.
 
- Nə vaxt və nələri mütaliə edirsiniz?
 
- Sistemli mütaliə etmirəm. Lakin imkan olduqca kitab oxuyuram. Əsas da klassikanı... Açıq desək, internetin meydana çıxması kitab oxumağa az vaxt qoyur.
 
- Hökmdar və yaradıcılıq. Bildiyiniz kimi, şeir yazan hökmdarlar çox olub. Bu məsləyə necə baxırsınız? Özünüz nə vaxtsa nəsə yazmısınızmı? Şeir, hekayə, xatirə, məqalə və s.
 
- Hökmdar və şair deyəndə ilk əvvəl Şah İsmayıl Xətai yada düşür. Vəzifəsindən asılı olmayaraq hər bir insanın daxili aləminə uyğun hobbisi vardır, o cümlədən şeirə və ədəbiyyata münasibətdə... Mənə gəldikdə isə memuarlarımı yazmaqda davam edirəm, yazdıqlarımı korrektə edirəm.
 
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Koroğlu”nun qarşısını kəsən əjdahanın sonu çatır - Fotolar

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru