Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaqüstü yeməklərdan uzaq durun


“İnsanlar vaxt və imkan azlığına görə ayaqüstü yeməklərdən istifadə edirlər”


Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a ayaqüstü qəbul edilən qidaların keyfiyyəti haqda danışarkən deyib. 

Onun sözlərinə görə, hazırda bu cür satışların həyata keçirilməsinə heç bir nəzarət yoxdur:

“Qanunsuz olmasına baxmayaraq, satıcılar antisanitar qaydada fəaliyyət göstərməkdən çəkinmirlər. Nəzərə almaq lazımdır ki, belə qidaların çoxu istifadə müddəti bitmiş məhsullardan hazırlanır. Peraşki, qutab və digər xəmir məhsullarının toz-torpaq içində hazırlanması və satılması ilk növbədə sağlamlığa ziyandır. Bu qidaların dəfələrlə eyni yağda hazırlandığını nəzərə alsaq, bunlardan istifadə daha çox mədə-bağırsaq və xərçəng xəstəliyinə səbəb olur.

Ümumiyyətlə, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil. Qidaların nə qədər təhlükəli, zərərli qatqılardan ibarət olması haqda dəfələrlə müəyyən faktlar ortaya çıxarılsa da, heç kim buna məhəl qoymur. Sahibkarlara toxunulmazlıq statusunun verilməsi ilə rüşvət hallarının qarşısını almaq nəzərdə tutulurdu. Nəticədə isə bəzi sahibkarlar bundan sui-istifadə etdilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Ölkə başçısı ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi nəzarətin və tədbirlərin görülməsini tələb edib. Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar