Çərşənbə axşamı, 22 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ay tutulması başa çatdı


Bu gün saat 15:48:27-dən başlayan Ay tutulması hadisəsi artıq başa çatıb


Bu astronomik hadisə ilə bağlı “Trend”ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, bu, ilin ilk Ay tutulmasıdır.

X.Mikayılov əlavə edib ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayıb: "Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə etmək mümkün olub".

X.Mikayılov əlavə edib ki, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayıb, maksimum tutulma 17:29:51-də qeydə alınıb. Tam tutulmanın sonu 18:07:51-də olub. Tutulma 19:11:11-də başa çatıb.

pia.az
Etiket:
loading...