Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi


Bu gün axşam saatlarında, ötən ilin dekabr ayında mənzildən oğurluq etdiyi üçün barəsində açılmış cinayət işindən yayınmaq üçün gizləndiyindən axtarışa verilmiş Salyan şəhərinin 20 Yanvar küçəsinin 30 yaşlı sakini Həsən Sakit oğlu Qəmbərov polis tərəfindən saxlanılarkən özü-özünə bıçaqla xəsarət yetirib


Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərov əməliyyata götürülüb.

Xatırladaq ki, ötən il dekabr ayının 9-da Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətindən Salyan Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olmuşdu.

RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirmişdi.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılmışdı.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf etmişdi. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilmiş və həmin pullar maddi sübut kimi götürülmüşdü.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar