Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil qəzasında həlak olan deputat



Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.
Amma fərqinə varmırıq.
Kimdi bu adam?


Adını küçə verilibsə demək xidmətləri var.
Yaddaşlarda yaşamağa layiq olub.
Adı əbədiləşib, düzdü.
Xatirəsi əbədiləşibmi bəs?
Tanıyırıqmı onu?
 
PİA.AZ bildirir ki, Kulis.Az-ın “Doğma və yad küçələr” layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunacaq.
 
Dilarə Əliyeva küçəsi Nəsimi rayonunun əsas küçələrindən biridir.
 
Azadlıq prospektindən başlayan Səməd Vurğun bağından keçən küçə Azərbaycan Dəmir Yollarına qədər uzanır.
 
Bəs bu küçəyə adı verilən Dilarə Əliyeva kimdir?
 
Vikipediya Dilarə Əliyevanı ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru kimi təqdim edir. O, 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.
 
ADU-nun (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb.
 
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir işləyib.
 

 
Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
 
1988-ci ildə Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub.
 
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
 
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik onun adını daşıyır.
 
1991-ci ildə avtomobil qəzasında həlak olub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar