Xaçmazda “VAZ-21010” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 17-nə keçən gecə Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən kənd sakini Xanbala Zaidovun “VAZ-21010” markalı avtomobili qaçırılıb.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.
pia.az