Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobusu çirkləndirən sərnişinlər niyə cəzalandırılmır?


Ərşad Hüseynov: “Avtobusun bütün salonunu əhatə edən kameralar quraşdırılsın”


Hər zaman sərnişinlər avtobusların çirkliyindən, toz içərisində olmasından, avtobusun salonuna atılan tum qabıqları, su şüşələri, yemək qırıntıları, deşilmiş, yazılmış oturacaqlardan şikayət edir. Düzdür, avtobusun tozlu, çirkli olmasına görə sürücü, avtobus sahibi məsuliyyət daşıyır. Onun vəzifəsidir ki, hər bir avtobus xəttə çıxmadan öncə yuyulub təmizlənsin. 

Bəs burada məsuliyyət sərnişinlərin də üzərinə düşmürmü? Məsələn, yemək qırıntılarını, su şüşəsini yerə atan,  oturacaqları yazan, deşən sərnişinlərdir. Bu cür sərnişinlər qınaq obyektinə çevrilməli və cəzalandırılmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan qanunvericiliyində buna görə cəza nəzərdə tutulmayıb. Bəs bu cür sərnişinlər necə cəzalandırılmalıdır?

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova avtobuslarda maarifləndirici və xəbərdaredici yazıların olmadığını dedi:  “Bakı Nəqliyyat Agentliyinin hazırladığı bir proqram var. Bu proqrama indiyədək qanunvericilikdə olmayan məsələlər də daxildir. Məsələn, sərnişin məsuliyyəti. Biz cəriməni və ya hansısa bir cəzanı tətbiq edən bir qurum deyilik. Bunun üçün başqa aidiyyəti qurumlar var. Amma indiyədək məişət və  ya qida qırıntılarının avtobus salonuna atılması ilə bağlı kiməsə cəza tətbiq olunmayıb. Biz yalnız maarifləndirmə işi ilə məşğuluq. ”BakuBus" avtobuslarını çıxmaq şərtilə, digər avtobusların salonlarında heç bir məlumatverici lövhə, yazı yoxdur. Əgər kimsə avtobusda çörək yeyirsə, o görsə ki, qarşısında yazı yazılıb ki, burada qida istifadəsi qadağandır və ya plastik şüşəni özünüzlə götürün, bu zaman sərnişin də başa düşər ki, bu, qadağandır və etməyəcək. Təəssüflər olsun ki, indiyədək avtobuslarda bu cür yazılar yoxdur". 

Kameralar vasitəsilə bu cür sərnişinlərin aşkar edilməsi məsələsinə gəlincə isə o, bütün avtobuslarda kameraların mövcud olmadığını bildirdi: “Biz avtobuslarda və taksilərdə tezliklə kameraların tətbiq edilməsi məsələsinin üzərində işləyirik. Kameraya baxan şəxslər Bakı Nəqliyyat Agentliyində və daşıyıcı şirkətin özündə olacaq. Əgər kimsə avtobusu çirkləndirirsə, tez görüb yerindəcə müəyyən etmək lazımdı. Amma sonradan kamera vasitəsilə bunu görüb o sərnişini axtarıb tapmaq mümkün deyil. Bizim fikrimiz var ki, parklarda, dayanacaqlarda, avtobus salonlarında xaricdə gördüyünüz təcrübəyə uyğun olaraq maarifləndirici şüarlar asılsın. Burada davranış qaydası, hündürdən danışmaq, sərnişinin sürücü ilə kobud davranışı, istədiyi yerdə saxlamaq istəyi, avtobusa daxil olub qabaqda dayanmaq istəyi öz əksini tapacaq. Amma cəza mexanizmi bu cür məsələlərlə bağlı mümkünsüzdür. Biz sürücülərə də tapşırmışıq ki, əgər hansısa sərnişin avtobusda hündürdən danışır, qida qalığı atırsa, ona xəbərdarlıq etsin və avtobusdan uzaqlaşdırsın. Buna sürücünün haqqı çatır”.

Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov problemin həllini kameralarda görür: “Bunların qarşısını almaq üçün tədbirlər görülməlidir. Tədbirlərin görülməsi üçün də müəyyən addımlar atılmalıdır. Tədbirlərin ən yaxşısı budur ki, avtobusun bütün salonunu əhatə edən kameralar olsun. Həmin kameralar avtobusun içərisində baş verən hər şeyi qeydə alacaq. Amma həmin kameralarla qeydə alınmış o tipli faktlara görə məsuliyyətə cəlbetmə barədə bizim qanunvericilikdə bir norma yoxdur. Tutaq ki, sərnişin avtobusun oturacağını yazdı, buna görə cəza tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsində bir cəza yoxdur. Sadəcə olaraq, həmin hal baş verəndə sərnişini saxlayıb onu təmizləmək üçün çəkiləcək xərci tələb etmək olar. Məsələn, xadiməyə 2 manat pul ödəniləcək. O şəxs də ödəməyəndə gərək gedəsən məhkəməyə. 

Amma ciddi şeylər olarsa, tutaq ki, oturacağı yararsız vəziyyətə salarsa, kəsərsə, deşərsə bu zaman onun dalınca getməyə dəyər. Düzdür, iki manatın da dalınca getməyə dəyər. Amma təsəvvür edin ki, iki manatdan ötrü məhkəməyə getmisən, bu bir az absurd görünür. Bir də o kameranın ən böyük əhəmiyyəti psixoloji olacaq. Sərnişin biləcək ki, nəsə etsə onu sorğu-sual etsələr, bu ən azından utancverici bir şey olar. Ən azından böyük ictimai qınaq həmin halların qarşısını almaqda böyük rol oynaya bilər. Ona görə də kameralara böyük ehtiyac var. Amma bir problem də var ki, tutaq ki, avtobus salonunu çirkləndirən və ya xəsarət yetirən şəxs sonradan kamera vasitəsilə təsbit edildi. Amma həmin şəxsi axtarıb tapmaq müşkül məsələdir. Buna görə də düşünürəm ki, əsas məsələ bunun qarşısının alınması tədbirini görməkdir. Kamera qoyulur və xəbərdaredici yazı asılır ki, zibil atmayın, avtobusu çirkləndirməyin. Bu özü o məsələdə əhəmiyyətli dərəcədə dönüş yarada bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar