Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobuslarla bağlı yenilik


2015-ci ilə qədər avtobusların iştiraki ilə baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası yaradılacaq


Sürücü bazasında qəza törədən sürücü barəsində məlumat toplanacaq. Əgər əvvəl sürücü bir marşrut xəttində qəza törədib, başqa bir avtobus xəttində işləyə bilirdisə, bu artıq mümkün olmayacaq. Sürücünün işləmək üçün üz tutduğu avtobus sahibkarında artıq həmin sürücü barəsində məlumat toplanacaq. Bütün bu tədbirlər avtobusların iştirakı ilə baş verən qəzaların qarşısının alınmasına yönləndirilib. Bunun nəticəsidirki ilin 8 ayı ərzində avtobusların iştiraki ilə 57 hadisə baş verib. Nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb. 

Görülən tədbirlərin nəticəsi olaraq avtobusların iştirakı ilə baş verən qəzalar əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, qəzaların sayının qarşısını tam almaq mümükün deyil. Amma qəzaların qarşısını maksimum almaq üçün çalışdıqlarını deyən Namiq Həsənov sürücülərdə iş təcrübəsinə üstünlük veriləcəyini də vurğuladı.

Həmçinin 2015-ci ilə qədər bütün avtobusların kart sisteminə keçəcək ki, nəticədə sürücülər stabil əmək haqqı alacaqlar. Bu zaman təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Bir-biri ilə az qala yarışa çıxan avtobus sürücüləri kart sisteminə keçdikdən sonra bu vərdişlərindən də əl çəkəcəklər. 

Nəqliyyat sahəsində olan yeniliklər bununla da bitmir. Paytaxta yeni, müasir standartlara cavab verən avtobusların da gətirilməsi gündəmdədir. Yeni gətiriləcək avtobuslardan əlillər də rahat istifadə edə biləcəklər.

500-dən çox London taksisinin də gətirilməsi planlaşdırılır. İndi qalır bu yenilikləri görmək üçün 2015-ci ili gözləmək. Ona da çox az qalıb.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar