Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyalı mütəxəssis: “Alpinistlərin üzərində lazımi cihazlar olmayıb”


“Alpinistlərin axtarışı aparılan dağlıq ərazidə vəziyyət çox riskli və təhlükəlidir”


“Orada hər an qar uçqunu baş verə bilər. Buna baxmayaraq, xilasedicilər alpinistlərin tapılması üçün əlindən gələni əsirgəmirlər. Axtarış heyətinin peşəkarlıq səviyyəsi yüksəkdir”.

Bunu Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarına cəlb olunmuş Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisi Adolf Herrer deyib.

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda jurnalistlərin suallarını cavablandıran mütəxəssis bildirib ki, axtarış heyətinin apardığı araşdırmalara əsasən, alpinistlər Tufandağ istiqamətində hərəkətə başlasalar da, hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti düşərgə qurublar. Ehtimal var ki, sonradan hava şəraitinə görə marşrutu dəyişiblər. İndi isə onların yerini təxmin etmək çətindir. Çünki alpinistlərin üzərində onların yerini texniki vasitələrlə müəyyənləşdirmək üçün lazımi cihazlar olmayıb. Həmin avadanlıqlar olsaydı, alpinistlərin tapılması asanlaşardı.

Adolf Herrer axtarış aparılan ərazidə qalın qar örtüyünün olduğunu qeyd edib. Bildirib ki, Avstriya kimi dağçılıq idmanı inkişaf etmiş ölkələrdə belə, bu şəraitdə axtarışların aparılması riskli sayılır.

Xatırladaq ki, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır. (AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar