Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Avropalılar yəhudiləri niyə sevmir?

Köhnə Qitədə antisionizm və ksenofobiyanın səviyyəsi


Bu yaxınlarda Polşada ölkəni Holokostda və ya insanlığa qarşı digər cinayətlərdə ittiham edənləri cəzalandırmaq məqsədi ilə qanun qəbul edilib. 

Yeni qanun ölkədəki anti-semitizm və ksenofobiya tarixinin gizlədilməsi cəhdinə görə narahatlıq doğurub.

“Pew” Araşdırma Mərkəzinin 2015 və 2016-cı illərdə Polşa, habelə Mərkəzi və Şərqi Avropanın digər ölkələrdə keçirilən sorğusuna əsasən, bu gün Polşada böyüklərin əksəriyyəti yəhudiləri yurddaş, qonşu və ailə üzvləri kimi qəbul etməyə hazır olduqlarını deyiblər. Məsələn, on polyakdan təxminən yeddisi yəhudiləri qonşuları və ya yurddaşları kimi qəbul edəcəyini söyləyib.

Bununla yanaşı, Polşada böyüklərin əsas hissəsi əks mövqedədir. Polşa əhalisinin 18%-i yəhudiləri öz ölkələrinin vətəndaşları kimi qəbul etməyəcəklərini və 20%-i yəhudi qonşu istəməyəcəyini söyləyir. Əhalinin təxminən üçdə biri (30%) yəhudi şəxsi ailənin üzvü kimi qəbul etməyəcəyi rəyindədir.

Söhbət Avropadakı digər iki azlıq qrupundan getdikdə, polyakların baxışları daha mənfi olur: müsəlmanlar və qaraçılar.

???????? Ermənistan: 32%
???????? Litva: 23%
???????? Rumıniya: 22%
???????? Çexiya: 19%
???????? Polşa: 18%
???????? Yunanıstan: 16%
???????? Rusiya: 14%
???????? Belarus: 13%
???????? Gürcüstan: 13%
???????? Moldova: 13%

Yəhudiləri yurddaş olaraq qəbul etməmə göstəricisi ("Pew")
 
Təxminən dörddə bir və ya daha çox adam müsəlmanların öz ölkələrinin vətəndaşı olmasını istəmir (41%), onları qonşu görmək fikrindən uzaqdır (43%) və ya ailə üzvləri (55%) arasına qəbul etməyəcək.

Eyni şəkildə, rəyi soruşulanların ən azı üçdə biri qaraçıları (30%) yurddaş, qonşu (38%) və ya ailə üzvü (49%) kimi qəbul etməyəcəyini deyir.

Polyakların yəhudilərə münasibəti, “Pew” Araşdırma Mərkəzinin Mərkəzi və Şərqi Avropada araşdırdığı 17 ölkədəki fərqli ictimai fikirlərə də xasdır. Məsələn, polyaklar kimi, çox sayda rus (18%-ə qarşı 14%) yəhudiləri öz ölkəsinin vətəndaşı kimi qəbul etmək istəmir. Rusların Polşadan daha yüksək payı (40%) yəhudiləri ailə üzvləri olaraq qəbul etmək fikrində deyil.

Bölgənin əsas dini qrupları – pravoslav xristianlar və katoliklərin prizması vasitəsilə yəhudilərə münasibətə baxarkən, heç bir fərq görünmür.

Ölkələr arasında əhəmiyyətli bir dəyişiklik olmasına baxmayaraq, bölgənin pravoslav xristianlarının baxışı əsasən katoliklər rəyinə bənzərdir. Məsələn, bölgədəki pravoslav xristian və katoliklərin oxşar payları (müvafiq olaraq 17% və 16%) yəhudiləri qonşuları kimi istəmədiklərini söyləyir.

Eyni zamanda, yəhudilərə vətəndaşlıq verilməsi və ya ailə üzvləri kimi olmada fikirlər eynidir.

Yəhudilərə qarşı münasibət mədəni müxtəlifliyə və milli kimliyə dair suallarla yaxından əlaqəlidir. Təxminən on polyakdan altısı (57%) cəmiyyətdə fərqli millətlərin, dinlərin və mədəniyyətlərin təmsilçiləri ilə müqayisədə, eyni etnik, dini və mədəni mənsubiyyətə malik insanların birləşməsinə müsbət yanaşır. Polyakların 55%-i, "yekcins xalqı mükəmməl" saymır, Polşa əhalisinin 64%-i isə – üçdə ikisi öz milli eyniliyini katolisizmlə əlaqələndirir.

Polşanın Holokostda ittihamlanması qismən Auşvitz-Birkenau və Treblinka daxil olmaqla, ən məşhur nasist düşərgələrindən bəzilərinin onun ərazisində yerləşməsindən irəli gəlir. İkinci Dünya müharibəsi zamanı almanların Polşada 3 milyon və ya daha çox yəhudi vətəndaşı öldürdüyü təxmin edilir.

Akademik və bədii ifadələr istisna olmaqla, yeni qanun polyakları Holokost və ya insanlığa qarşı digər cinayətləri törətməyə kömək edənləri ictimai ittiham edən hər kəs əleyhinə cərimələr və ya həbs cəzaları tətbiq etməyə imkan verir.

Polşa hökuməti deyir ki, yeni qanun "Polşa ölümü düşərgələri" kimi yanlışlıqların istifadəsini dayandırmağı nəzərdə tutur. Ancaq ABŞ, İsrail və digər ölkələrin hökumətləri yeni qanunun söz və ifadə azadlığını boğuşacağını söyləyir.

 Devid Maski

“Perw” Araşdırmalar Mərkəzi (ABŞ)

Tərcümə: Strateq.az

pia.az
Etiket:
loading...