Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada Sorosa qarşı qanun qəbul edildi

Macarıstan parlamenti “Stop Soros” adlı bir sıra qanun layihələrini təsdiqləyib


Həmin qanun layihələri ilə amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Cors Soros tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq ediləcək və Macarıstandakı qanunsuz miqrantlara kömək göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Macar deputatlar həmçinin, əcnəbilərin ölkəyə daimi əsasla köçürülməsinin qanunsuz elan edilməsilə bağlı konstitusiya dəyişikliyini qəbul ediblər.

Macarıstanın baş naziri, qatı anti-miqrant mövqeli Viktor Orban amerikalı milyarder Corc Sorosu dəfələrlə tənqid edərək bildirib ki, Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda keçirilən seçkilərə və seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar.

Qeyd edək ki, amerikalı milyarder Corc Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı Şərqi Avropa ölkələri ciddi mübarizə apararaq, Soros fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar.

İsrail də Sorosun “Açıq Cəmiyyət” fondu ilə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmaya başlayıb.(Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar