Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada Alman-Fransız dueti?


Avropada Alman-Fransız dueti – “Biz birlikdə bunun öhdəsindən gələ bilərik!”


Almaniya həm Rusiya ilə, həm də ingilis dilli dünya ilə yaxşı münasibətlər saxlamaq istəyir, lakin buna baxmayaraq, onlara etibar edə bilmir. Almaniya kansleri Anqela Merkel də bu fikirdədir. Bir çox müşahidəçilər hesab edirlər ki, bu cür etiraflar onun yenidən seçilmə kampaniyasına birbaşa kömək etmir. Amma istənilən halda onun başlıca məqsədi öz miqyasına görə daha böyük əhəmiyyət kəsb edir.

Donald Trampın Avropaya bərbad ziyarətindən sonra Merkel “Bizim başqalarına güvəndiyimiz dövrlər keçib gedib” və “Avropalılar öz talelərini öz əllərinə almalıdırlar” kimi fikirlər işlədib. Tramp Avropa qitəsində olarkən NATO ölkələrinin ümumi müdafiəsi öhdəliyinin yerinə yetirilməsi barəsində çıxış etmədi. Digər tərəfdən isə o, Amerikanın Paris İqlim Sazışı ilə bağlı götürdüyü öhdəliyi də təsdiq etməyib. Birləşmiş Ştatlara milyonlarla avtomobil satdığına görə, Tramp Almaniyanı “çox pis” adlandırıb.

Bəzi alman KiV-ləri Merkelin verdiyi bəyanatı “tarixi hadisə” adlandırıblar. Onun sözləri Tramp əleyhdarı olan bir çox sol yönümlü partiyaların baxışlarına uyğun gəlir. İfrat sol partiyalar Trampı Almaniyaya tərəfdaş ola bilməyəcək özünəvurğun və millətçi şəxs hesab edirlər.

Hərçənd ki, orta Almaniya sakini Putinlə müqayisədə Trampa etibar etməyə daha çox meyillidir, amma Merkel bu hisslərlə oynamaq fikrində deyil. Onun cazibədarlığının təbiəti başqa şeydədir. Düzdür, Merkel həmişə kompromisə getməyin praqmatik yollarını nümayiş etdirərək xal qazanıb, lakin indiki halda o qeyri-tipik formada addım atmağa qərar verib.

Çox güman ki, bu Merkelın yeni perspektiv tərəfdaşla başlayacağı yeni oyundakı ilk addımıdır. Bu yaxınlarda Merkel Trampın səfəri zamanı Fransanın yeni prezidenti Emanuel Makronun necə kəskin hərəkətlər etdiyinin şahidi olub. Digər yandan, Makron Putinlə görüşü zamanı öz döyüşçü ruhunu bir daha nümayiş etirib. O, bütün xoşagəlməz məsələlərə toxunmaqla yanaşı, Kremlin təbliğat KİV-lərini yalançılıqda ittiham edib (Putin isə bunu həzm etməli olub). Bütün bunların hamısı güzəştlər ustası kimi tanınan Fransua Ollandın yöndəmsiz siyasətindən uzaqdır. Fransadakı yeni prezident hücuma keçməkdən qorxmur.

Uzun illərdən sonra Merkel öz danışıq aparma stilinə görə maraqlı həmkarla qarşılaşıb. Əgər lazım gələrsə, o mərhəmətli polis, Makron isə zalım polis rolunu oynaya bilər. Belə halda Fransa prezidenti xoşagəlməz məsələləri müzakirə edər, o isə yaranmış gərginliyi azltmaq imkanı qazanar.

Bu duet bütün bunların necə işləyəcəyini ən mürəkkəb rəqib sayılan Putinlə görüş zamanı sınaqdan çıxaracaqlar. Belə ki, Fransa və Rusiya liderləri Ukrayna məsələsinin müzakirə edilməsində razılaşıblar.

Melkelin verdiyi bəyanat, Makronun ünvanına “dağın” yerindən oynadılması barəsində göndərilmiş siqnal ola bilər. Almaniya və Fransa bu qeyri-adi imkana malikdirlər.

Makronun islahatçı həmləsi, Merkelin təcrübəsi ilə birilkdə yumşaq güc sahəsində böyük potensialın bir araya gəlməsidir. Bu birlik həmçinin Avropanı mühüm qlobal güc təmsilçısi kimi təqdim etmə mexanizmi yaradır. Hərçənd ki, bu rolu ABŞ öz əlində saxlamaq istəyir.

Merkel bu işi təkbaşına görə bilməz. Həm də alman gücünə nəinki dünyada, hətta Avropanın periferiyasında da şübhə ilə yanaşılır. Avropada Fransanın oynadığı əhəmiyyətli rol daha az qıcıq yaradır.

Əgər bu duet işləyəcəksə (Bunun üçün Makron ölkə daxilində uğur qazanmalıdır), onda Avropa Birliyi, avrozona və ya Avropanı təmsil edən fransız-alman alyansı Tramp Ağ Evi tərk edən müddətə qədər, Birləşmiş Ştatların dünya miqyasındakı yerini tutmalıdır.

Bəlkə də deyəcəklər ki, ABŞ və onun peyki Böyük Britaniya təhlükə qarşısındadır. Ona görə də Böyük Britaniya üçün Amerikan gücünün Avropadakı silahlı qoruması rolu ayrılıb. Amma məhdud imkanlarının olmasına baxmayaraq, prezidentlik müddətində Tramp özünün Avropadakı öhdəliklərini artıra da bilər.

Ümumiyyətlə isə Makronun prezidentlik dövründə Merkelin həyata keçirəcəyi uğurlu manevrlər, onun əvvəlki kanslerlik müddətləri ilə müqayisədə daha maraqlı olacaq. Beləliklə, fransız-alman dueti Avropanı yumşaq gücün qlobal mərkəzinə çevirmək şansı qazanıb.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar