Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada “Tramp təşvişi”


“AB və ABŞ alyansının mövcudluğuna təhlükə”


“Biz bütün dünya üzrə azad dövlətləri və azad xalqları həvəsləndirmək, əziyyət çəkən və digərləri tərəfindən sıxışdırıllan ölkələrə kömək etmək və demokratik ölkələrə, onların təcavüzə qarşı mübarizəsini möhkəmləndirmək üçün əlimizdən gələn hər şeyi edirik” (ABŞ prezidenti Harri Trümenin müraciəti,1949-cu il).

Prezident Trümen 70 il əvvəl bu sözləri səsləndirəndən sonrakı bütün Amerika prezidentləri bu fikirlərə ciddi yanaşıblar.

ABŞ-ın “demokratik ölkələri, onların təcavüzə qarşı mübarizəsində möhkəmləndirəcəyi” və bütün dünya üzrə “azad dövlətlər və azad xalqlar” sistemini dəstəkləyəcəyi ideyası həm Asiyada, həmçinin də Avropada çoxsaylı institutların (NATO, Avropa Şurası, Avropa Birliyi) yaranmasına gətirib çıxardı.

Bu institutların bəziləri ABŞ-dan xeyli ciddi xərc çəkməyi tələb edib. Amma istər bu institutlar və istərsə də müttəfiqlər Amerikanın təsir imkanlarını, onun dəyərlərini və maraqlarını bütün dünyaya yaydıqları üçün 70 il ərzində heç bir administrasiya bunu dağıtmaq istəməyib.

Ancaq Donald Tramp prezident vəzifəsini icra etməyə başlayandan sonra hər şey başqa cür ola bilər. Tramp aydın şəkildə bildirir ki, o, ”azad dövlətlər və azad xalqlar”la olan münasibətlərində Amerikanın xüsusi “demokratik inamı”nın irəlidə də yürüməsində maraqlı deyil. Biz indi başa düşürük ki, Tramp Amerikanın sövdələşmələrə yalnız özünün dar milli maraqları naminə getməsini istəyir. O, bu məsələdə daha da irəli gedə bilərmi?

Son bir neçə ayda ABŞ-ın köhnə və yaxın müttəfiqləri Trampın köçməsindən sonra Ağ Evin onlara qarşı etinasız ola biləcəyindən və mövcud münasibətlər institutunun əsasının dağılmasından narahatlanmağa başlayıblar. Onları daha çox Trampın baş məsləhətçisi və əsas strateqi Stiven Bennonun “Breitbart news” veb saytı ilə əlaqələri narahat edir. Stiv Bennon Trampla işləməmişdən öncə bu sayta rəhbərlik edib.

ABŞ-dakı uğurundan həvəslənən “Breitbart news” hazırda Avropadakı rasist və anti-miqrant əhvalı üzərində oynamağa cəhd göstərərək və onları qızışdıraraq, Tramp kimi NATO-ya skeptik yanaşan və Avropa Birliyinin dağılması üçün hər şey etmək istəyən populistlərin seçilməsinə çalışır.

İlk narahatlıq keçirənlər Almaniya və Fransadır. ”Breitbart news” alman və fransız dillərində saytlar buraxmaq niyyətində olduğunu bildirib. Həmin saytların siyasi xəttinin nədən ibarət olacağı bəllidir.

“Breitbart news” Rusiyadan açıq şəkildə pul alan və NATO-nun ləğv olunması və Fransanın Avropa Birliyindən çıxmasına çağırışlar edən radikal fransız partiyası “Milli Cəbhə”nin fəaliyyətlərini, nailiyyətlərini fərəh hissi ilə işıqlandırır.

ABŞ-dakı prezident seçkilərindən dərhal sonra “Milli Cəbhə”nin lideri Marin Le Penin bacısı qızı Marion Mareşal Le Pen “twitterdə” yazıb: ”Mən Donald Trampın seçki qərargahının rəhbəri Stiven Bennonun dəvətini qəbul edərək, onunla birlikdə işləməyə razılaşmışam”.

“Breitbart news” Almaniyanın yeni anti-miqrant partiyası ”Almaniya üçün alternativ” haqqında tez-tez kifayət qədər xoş sözlər yazır və ölkə kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutur. Görəsən Stiv Bennon “Almaniya üçün alternativ”-in təsirinin sürətli böyüməsini “Milli Cəbhə”nin təsirinin böyüməsi qədər dəstəkləyirmi?

Alman partiyasının liderləri ABŞ-a qarşı münasibətdə xoş sözlər söyləməsələr də, Rusiyaya qarşı olan rəğbətlərini dəfələrlə ifadə ediblər. Onlar NATO-ya skeptik yanaşırlar.

İlk öncə onu demək lazımdır ki, Tramp anti-Amerikan siyasətçiləri dəstəkləyəcəkmi? Biz bunu bilmirik, lakin bizim bu cür ehtimala üstünlük verməyimizin səbəbi var. Bunun cavabı Stiv Bennonun nihilizmində, Trampın əminliyində və bəlkə də gələcək Ağ Ev administrasiyasının Rusiya ilə sıx əməkdaşlıq edəcəyində gizlənə bilər.

Sözsüz ki, Trans Atlantik alyansının və Avropa Birliyinin dağılması sabitsizlik və avropalıların həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər. Biz hələ xaosdan danışmırıq. Əlbəttə, Avropadakı sabitsizlik Amerikan biznesi və siyasəti ilə ziddiyyət təşkil edir. Bəziləri bundan xeyir götürə, Rusiya isə Avropada yenidən mühüm oyunçuya çevrilə bilər.
Plutokratlar (Plutokratiya – varlıların hakimiyyəti) bu fəlakətlər üzərindən böyük pullar qazanır. Belə ki, hec fondlar (hedge fund) sabitsizlik dövrlərini çox sevirlər. İnqilabı dəyişiklərdən sonra hakimiyyətə ən gözlənilməz fuqurlar da gələ bilər.

Sözsüz ki, Trampın komandasında Avropada qarmaqarşıqlıq perspektivi olmasını görmək istəməyən adamlar da var. NATO-nun dağılmasının Ceyms Mattisə və ya Reks Tillersona xoş gələcəyini təsəvvür etmək çətindir. Lakin prezidentin kimə qulaq asacağını heç kim bilmədiyi üçün, Merkel artıq daha pis vəziyyətə hazırlaşmağa başlayıb.

Biz bütün avropalı liderlər üçün mövcud olma anının narahatlığını yaşayırıq. Onların çoxu üçün Rusiyanın Avropa və Amerika alyansını dağıtmaq niyyətində olması aydınlaşmağa başlayır.

Trümenin dövründən bir neçə onilliklər keçdikdən sonra avropalılar Amerika hökumətinin bunu istəyəcəyinə hazırlaşmalıdırmı? (azpolitika.info)

(The Washington Post)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar